SSRİ DTK-nın sonuncu sədri vəfat edib

Vadim Bakatin. Mənbə: “kp.ru”

Bakatin Troekurovski qəbiristanlığında dəfn olunacaq

İyulun 31-də SSRİ DTK-nın sonuncu sədri Vadim Bakatin vəfat edib.

Moskvada ölən 84 yaşlı Vadim Bakatinin Troekurovski qəbiristanlığında dəfn olunacağı bildirilib.

V.Bakatin 1937-ci ildə Kemerovo vilayətində anadan olub.

Novosibirsk Mühəndis-İnşaat İnstitutunu bitirən V.Bakatin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında oxuyub.

O, 1985-1987-ci illərdə Kirov vilayət komitəsinin birinci katibi olub.

1991-ci ildə V.Bakatin RSFSR-in Prezident seçkilərində namizəd olub, burada ən aşağı nəticəni – 3,42% toplayıb.

Seçki proqramında o, Sovet İttifaqının qorunub-saxlanmasını müdafiə edirdi.

Ancaq V.Bakatin 1991-ci ilin avqust çevrilişini dəstəkləməmişdi.

Uğursuz çevriliş cəhdindən sonra DTK-ya rəhbərlik edib.

Vadim Bakatinin adı azərbaycanlılara 20 yanvar 1990-cı ildə Bakı hadisələrindən tanışdır.

O vaxt SSRİ daxili işlər naziri olan V.Bakatin sovet ordu hissələrinin Bakıya yeridilməsi və dinc əhalinin öldürülməsinin icraçısı olub.

Azərbaycan Milli Məclisinin 29 mart 1994-cü ildə qəbul etdiyi Qərarında V.Bakatinin bu qırğına görə məsuliyyət daşıdığı elan edilib.

Ana səhifəDünyaSSRİ DTK-nın sonuncu sədri vəfat edib