SSRİ-dən sonrakı mədəniyyətimiz

Onun dağılmağı ilə dağılan kütlə…

Source:

Hər şey 24 il bundan qabaq başladı. Sovet ideologiyasının, həyat tərzinin təsiri altından çıxdıq. Və boşluğa düşdük necə ki, insan nəyisə və ya kimisə itirdikdə özünü toplaya bilmir. Biz də 24 ildir ki özümüzü toplamağa çalışırıq. Bu toplantı isə bizə ağır başa gəldi. Biz neçə-neçə itkilər verdik.

Toplantı əlbəttə ki, əbəs yerə olmur. SSRİ hakimiyyəti altında hər şey oturulmuş bir sistemdə həyata keçirdi. Təbii ki, heç kimin heç nədən xəbəri olmurdu. Hamı rahat və qutu kimi oturulmuş həyat yaşayırdı. SSRİ dağılandan sonra isə bu qutu da dağıldı.

SSRİ illərində tamaşaçı bolluğu var idi hər sahədə. Dağılmağı ilə kütlə də dağıldı. Buna maraqların itməsi də deyə bilərik. Səbəb kimi bir. 25 ildir ki, həmin tamaşaçı kütləsinin yerini doldurmağa çalışırıq amma alınmır.

Teatr. Hal- hazırda Azərbaycanın dövlət teatrlarında gündəlik tamaşalarda izləyici sayı çox azdır. Baxmayaraq ki, biletlərin qiyməti 5-10 azn arası dəyişir. İnsanlar daha çox “Bu-şəhərdə”, “Planet parni iz Baku” və digər teatr tamaşalarına 20-30 manat verməyi daha üstün tuturlar nəinki dövlət teatrlarında gedən tamaşalara. Keçən əsrin 60-70-ci illərində Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində göstərilən tamaşalara bilet 1 ay əvvəldən alınıb qurtarırdı. Biz bu görüntünü indi xarici ölkə teatrlarında görməyə öyrəşmişik. Bundan əlavə barmaqla sayılası bir-iki tamaşa vardır ki, yalnız həmin tamaşalara bilet sayı məhdud olur. Bu tamaşalar isə ya dövlət sifarişi ilə hazırlanmış tamaşalar, ya da ki, sırf aktyor ifasına görə maraq göstərilən tamaşalardır. “Şah Qacar”, “Əmir Teymur” kimi tarixi tamaşalara maraq daha çoxdur nəinki, xarici dramaturqların seçilib oynanılan əsərlərinə. Sovet tamaşaçısı dəyişilib yoxsa insanlarımızın səviyyəsi ?

Teatrda olduğu kimi digər sahələrdə də SSRİ illərində tamaşaçı bolluğu var idi. Dağılmağı ilə kütlə də dağıldı. Buna maraqların itməsi də deyə bilərik. 25 ildir ki, həmin tamaşaçı kütləsinin yerini doldurmağa çalışırıq amma alınmır. Futbolu misal gətirək. Neftçi futbol klubu SSRİ liqasında çıxış edirdi. Tofiq Bəhramov stadionu Neftçinin hər oyununda “ağzına kimi dolu olurdu”. Amma indi liqa oyunlarında stadion 250-300 tamaşaçı olar ya olmaz. Yalnız Azərbaycan klubları Avropa klubları ilə oyunlar keçirdikdə bu tamaşaçı axınını görə bilərik. Bəs niyə görə biz yalnız Avropa liqalarında çıxış edərkən stadiona axın edirik ? Bəlkə özümüzü dünyaya göstəririk ? Göstəririk ki, “baxın, bizdə də həvəskarlar var”. Əbəs yerə deyil ki, 2014-cü ildə UEFA Avropa liqasında keçirdiyi 3 qarşılaşmada ümumilikdə 93600 azarkeş toplayan “Qarabağ” klubu azarkeş sayına görə ilk 6 yerdə qərarlaşmışdı.

Film. Sovet imperiyası illərində çəkilən filmlərimizdə təkcə kamera effektlərini çıxsaq istər mövzu istər ssenari cəhətdən daha bəşəri mövzulara və daha böyük əsərlərə müraciət edilirdi. Filmlərin keyfiyyəti isə dövrünə görə yaxşı vəziyyətdə idi.

Bu illərdə hər ilə istər bədii, istər sənədli 18-20 arası film çəkilirdi. Bu isə rəqabətə şərait yaradırdı. İstər-istəməz inkişafa, 20 filmin arasından birinin daha yaxşı olmasına, hər il daha güclü filmin çəkilməsinə gətirib çıxarırdı. Hal-hazırda istər gənc, istər yaşlı nəsildən hansı filmləri sevdiyini soruşduqda çoxluq yalnız köhnə Azərbaycan filmlərinin adını çəkir. Amma müasir dövrümüzdə biz bunu görə bilmərik. Son 10 ildə çəkilən çox az filmlərin adlarını yaxşı filmlərin arasında saymaq olar. Məsələn “Küçələrə su səpmişəm”, “Aktrisa”, “Əzizim Fellini”, “Günaydın, mələyim” və d. Amma belə filmlərin də telekanallarımızda az-az göstərilməsi bu filmlərin tanınmamasına gətirib çıxarır. Bundan əlavə bu filmlər təəssüf ki, yalnız Azərbaycan çərçivəsində tanınır.

Senzura. Sovet illərində dərc olunan kitablarda əgər Lenindən və ya Karl Marksdan sitat gətirmək zərurət idisə də, bu, həm də kitabların yoxlanılması demək idi. Bu isə, bizə nəzarətdən və işlərin ciddiliyindən xəbər verirdi. Təbii ki, biz burada işi bir kənara atıb, siyasi senzuranı önə çəksək bu bayağılıq, qeyri-peşəkarlıq olar. Bu nəşriyyatda yoxlanışın güclü və diqqətli olmağına bir sübutdur.

Digər bir prizmadan məsələyə baxsaq əslində senzura bir sıra məlumatların yanlış göstərilməsini şərait yaradır. Düşünəndə ki, gələcək nəsillər bu kitablardan mənbə kimi istifadə edirlər buna biz faciə də deyə bilərik. Bir çoxları,əsasən yaşlı nəsil internetə yox kitablara, kitabxanalara müraciət etməyimizi məsləhət görür. Amma burada bir məsələ də meydana çıxır. İnternet azad mənbədir. Məlumatın səhv olması reallığı varsa da, burada məlumatın hansısa senzuraya, sərhəddə məruz qalmadığını da mütləq qeyd etməliyik.

Ana səhifəMənim FikrimcəSSRİ-dən sonrakı mədəniyyətimiz