”Sovetski”də yanğın: 1 nəfər ölüb, 2 nəfər zəhərlənib

“Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”

Source:
Foto: Report
Foto: Report


“Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”

Yasamal rayonunun “Sovetski” adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğın olub. Nəticədə bir nəfər ölüb, iki nəfər tüstüdən zəhərlənib.

Yanğın barədə xəbəri Fövqəladə Hallar Nazirliyinə qonşular verib. Evlərinə tüstü dolan sakinlər təşvişə düşüb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətin rəisi Əkbər Novruzov APA-ya yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyətin cəlb olunduğunu deyib:

“Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb”.

Ə. Novruzov xilas olunanlardan 2 nəfərin ağır yataq xəstəsi olduğunu deyib:

“Bir nəfər qadın əl nahiyəsindən aldığı yanıq xəsarətlərindən Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir”.

Hazırda ətraf tikililəri yanğından qorumaq məqsədilə binanın kommunal xətləri qapadılıb.

Ana səhifəXəbərlər”Sovetski”də yanğın: 1 nəfər ölüb, 2 nəfər zəhərlənib