“Sovetski” sakinləri polisi məhəlləyə buraxmır

“Sovetski” sakinləri ilə polis arasında yaranmış qarşıdurmada artıq 4 nəfər həbs olunub. Bir neçə gün öncədən sakinlərə martln 3-də Yasamal İcra Hakimiyyətində görüş olacağı bildirsə də onlar binaya buraxılmayıb. Hazırda “Sovetski” camaatı 173 saylı məktəbin qarşısında aksiyaya başlayıb.

Source:

“Sovetski” sakinləri etirazı davam etdirirlər. Onları polis “kardon”u əhatəyə alib. Sakinlər polislərin məhəlləyə daxil olmasına imkan vermirlər. Bu qarşıdurma zamanı 4 nəfər həbs olunub. Vətəndaşlar həbs olunanların buraxılmasını və tələblərinin yerinə yetirilməsini istəyirlər. Sakinlər əks təqdirdə Yasamal Polis İdarəsinin qarşısında etirazlarını davam etdirəcəklərini bildirilər.

***

Bir neçə gün öncədən sakinlərə martln 3-də Yasamal İcra Hakimiyyətində görüş olacağı bildirsə də onlara binaya daxil olmağa imkan verilməyib. Hazırda “Sovetski” camaatı 173 saylı məktəbin qarşısında aksiyaya başlayıb.

“Sovetski”də yaşayan əhali bu gün 150 saylı məktəbin qarşısında növbəti aksiya keçiriblər. Onlar hökumətin təklif etdiyi mənzillərinin hər kvadrat metrinə 1500 manatla razılaşmayıblar.

Martın 3-də”Sovetski”də yaşayanların hakimiyyətə verdiyi möhlət bitib. Maliyyə Nazirliyi isə deyilən məbləğin dəyişməyəcəi haqqında açıqlama yaymışdı.

Hazırda hadisə yerində olan Meydan TV-nin əməkdaşlarının verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları məktəbin qarşısına toplayan aksiya iştirakçılarını dağıdıblar: “Aksiyaçılar “Azadlıq”, “Pulumuzu tələb edirik!” şüarlarını səsləndirsələr də, polis yolun bağlandığını bəhanə edərək onları ərazidən uzaqlaşdırıb”.

Son məlumata görə, əhali 173 saylı məktəbin qarşısına toplanır.

Ana səhifəXəbərlər“Sovetski” sakinləri polisi məhəlləyə buraxmır