“Sovetski”də yaşayan Abbasqulu Aydəmirov evinə verilən kompensasiyadan şikayətçidir. Kompensasiya ilə razılaşmadığına görə, icra orqanları təzyiq vasitəsi kimi yaşadığı evin qazını, işığını, suyunu kəsiblər.
Texniki passportda evinin sahəsinin 525 kvadratmetr olduğu göstərilir. O, təklif olunan 490 min manatla razılaşmır. Söküntülərə görə, artıq 3 ildir ki, həmin ərazidə yerləşən 4 obyektini işlədə bilmədiyini deyir.