Sovetski sakini: Abid Şərifovun dediklərinə tüpürürəm!

“Sovetski” sakinləri martın 9-da da etiraz aksiyası keçirməyə cəhd edib, lakin polis buna imkan verməyib. Sakinlər daha hökümətin vədlərinə inanmadıqlarını və zor gücünə də onları razı salmağın mümkün olmayacağını deyirlər. “Sovetski” sakinlərindən biri isə etirazını belə ifadə edir: “Abid Şərifovun dediklərinə tüpürürəm”. Meydan TV-nin əməkdaşının hazırladığı reportajda aksiyaçı aşağıda sadalananları da dilə gətirib:

– İnsan üçün burada xeyirli heç nə yoxdur. Öz xeyirlərinədir.

– Azərbaycanda qayda-qanun yoxdur.

– Rüşvətxor axtarırlar, amma rüşvətxorun böyüyü elə özləridir.

– Biz seçmişik sizi. Çıxın adamların qarşısına.

– Bakıda polis qalmayıb. Hamısı burdadır. Bu qədər polis varsa elə gedib Qarabağı alsınlar!

Ana səhifəVideoSovetski sakini: Abid Şərifovun dediklərinə tüpürürəm!