“Sovetski” qadınlarına təzyiq başladı

Polisə çağırılan Tahirə Rzayevadan aksiyanı təxirə salmaq tələbi edilib

Source:


Polisə çağırılan Tahirə Rzayevadan aksiyanı təxirə salmaq tələbi edilib

8 mart Qadınlar Bayramında etiraz aksiyasına hazırlaşan “Sovetski”də yaşayan xanımlara xəbərdarlıq edilib. Bu barədə Meydan TV-yə açıqlama verən ərazidə yaşayan Tahirə Rzayeva bildirib ki, hazırda onun işığını da kəsiblər: “İşığımın kəsilməsi də aksiya ilə bağlıdır, guya, borcumuz var. Bəs niyə əvvəlllər borcum olanda, işığımı kəsmirdilər, indi kəsirlər”.

Tahirə Rzayeva martın 5-də Yasamal polisinə çağırılıb, ona aksiya keçirilməməsi haqqında xəbərdarlıq edilib. Onun sözlərinə görə, heç kimdən qorxmur, ancaq polisdə olan vaxt kövrəlib: “27 il həyat yoldaşım olmadan saxladığım uşaqlarım gözümün önünə gəldi. Düşündüm ki, onsuz da xalq arxamda duran deyil, xalqa etibar yoxdur”.

Ana səhifəXəbərlər“Sovetski” qadınlarına təzyiq başladı