Şotlandlar müstəqilliyyə səs vermədi

Referendumda iştirak edənlərin 55,42 faizi isə Böyük Britaniyanın tərkibində qalmağa səs verib

Source:


Referendumda iştirak edənlərin 55,42 faizi isə Böyük Britaniyanın tərkibində qalmağa səs verib

Şotlandiyanın müstəqilliyinə dair referendumun nəticələri bəlli olub. Frans-Press Agentliyinin məlumatına görə, referendumda iştirak edənlərin 44,59 faizi müstəqilliyə səs verib, 55,42 faizi isə Böyük Britaniyanın tərkibində qalmağa səs verib.

Hökumət nümayəndəsi sentyabrın 19-u səhər saatlarında BBC-nin efirindən bəyan edib ki, nəticələrə görə, Şotlandiya Birləşmiş Krallığın tərkibində qalır.

Şotlandiya XVIII əsrin əvvəllərindən, 1707-ci ildən Böyük Britaniyayla ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.

Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.

Ana səhifəXəbərlərŞotlandlar müstəqilliyyə səs vermədi