Sosial şəbəkələrdə təhqirə görə həbs cəzası əlavə edilir

Ələsgər Məmmədli: ”Hökumət Avropa standartlarından kifayət qədər uzaqlaşıb”

Source:


Ələsgər Məmmədli: ”Hökumət Avropa standartlarından kifayət qədər uzaqlaşıb”

Milli Məclisdə Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir.



Report”

agentliyinin məlumatına əsasən, hər iki maddənin sanksiyaları sırasına “Azadlığın məhdudlaşdırılması” cəzasının da əlavə edilməsi təklif edilir.

Təklifə əsasən hər üç maddənin sanksiyaları sırasına 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası əlavə edilir.

Hazırda qüvvədə olan varianta görə isə, 147-ci maddədə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyalar 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarından ibarətdir.

Maddə 148-də də (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) cəzalar yuxardakı sanksiyalar qədərdir.

Maddə 148-1-də isə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) sanksiyalar hazırda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir.“Azadlığın məhdudlaşdırılması” cəzası ötən il Cinayət Məcəlləsinə yeni cəza növü kimi əlavə olunub.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə xatırladıb ki, azadlığın 2 ilə qədər məhdudlaşdırılması Cinayət Məcəlləsinin 147.2 maddəısində var idi. O cümlədən 148-ci maddəsində əvvəl mövcud olub. Amma 2008-ci ildə azadlığın məhdudlaşdırılması sözü çıxarıldı.

“Azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzanın müxtəlif növləridir. Azadlıqdan məhrumetmə həbsdə saxlamaqdır, azadlığın məhdudlaşdırılması bəlli zaman və məkanda saxlamaqdır, məsələn, ev həbsi”.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədlinin sözlərinə görə, yeni təkliflər sanksiyanın ağırlaşdırılmasına daxil deyil. Çünki azadlıqdan məhrumetmə var, azadlığın məhdudlaşdırılması isə məhrumiyyətlərin daha yüngülüdür.

“Bu aspektdən baxanda hakimlər daha humanist yanaşa bilərlər. Ümumiyyətlə, Cinayət Məcəlləsində bu maddələrin qalması və Azərbaycana diffamasiya tövsiyələri rəsmi Bakının gündəmindən çoxdan düşüb. Məsələ ondadır ki, hökumət 2013-cü ildən sərtləşmə tədbirlərini tətbiq etdi”.

Hüquqşünas deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda o qədər də nəzərə alınmır.

“Xüsusən də qanunvericiliyin konvensiyaya uyğunlaşdırılması, pozuntuya yol verənlərin cəzalandırılması. Bu baxımdan hökumət öz ampulasında davam edir və Avropa standartlarından kifayət qədər uzaqlaşıb”.

Ana səhifəXəbərlərSosial şəbəkələrdə təhqirə görə həbs cəzası əlavə edilir