Sosial müavinətlər də artırıldı

Fevralın 1-dən etibarən müavinətlər 10 faiz çox olacaq

Source:

Yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb.

President.az saytının məlumatına görə, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli fərmanla müəyyən edilmiş  sosial müavinətlərin məbləği  2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

 Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Ötən gün büdcədən maliyyələşən bir neçə qrupun da məvacibləri artırılıb.

Ana səhifəXəbərlərSosial müavinətlər də artırıldı