Son dönəmlər sosial şəbəkələrdə siyasi mühacirlərin ölkə başçısı İlham Əliyevə və məmurlara ünvanladıqları tənqidlər müzakirə mövzusudur. Müzakirələrdə hökümət təmsil olunana şəxslər də iştirak edir. Prezidentin köməkçisi Əli Həsənov yerli mediaya açıqlamasında Avropada etiraz aksiyası keçirən azərbaycanlıları “milli hissini itirmiş insanlar” adlandırıb. Deyib ki, onlara qarşı elə onların öz səviyyəsində, fəaliyyət göstərdikləri müstəvidə mübarizə aparırlar.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli sosial şəbəkələrdəki bəzi səhifələrin bağlanmasının vacibliyini vurğulayıb.
“Çox təəssüf ki, bir qrup insan sosial şəbəkələrin tərbiyəsizcəsinə istifadə edir. Son 3-4 ildir ki, mən də bu cür tərbiyəsizliklərlə üzləşmişəm. Bəzi şəxslər sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək, ayrı-ayrı şəxslərə qarşı iftira və yalanlar yağdırırlar, ölkəmizdə sabitliyi pozmağa cəhdlər edirlər”.
Biz Meydan TV olaraq Bakı sakinlərindən də soruşduq ki, tənqidi hansı biçimdə etmək daha faydalı olar?