Covid-19 pandemiyası ilə bağlı aprelin 5-dən ölkədə tam karantin rejimi tətbiq edilir. Aprelin 18-də bu rejim mayın 4-dək uzadılıb. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən Azərbaycanda karantin rejiminin qismən yumşaldıması barədə qərar verib. Əlavə edilib ki, yoluxma halları təkrar artacağı halda xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər. 20 gündən çoxdur karantin rejimində yaşayan Bakı sakinlərindən soruşduq ki, bu həyat tərzlərinə necə təsir edib?