2009-cu il 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda baş verən terror hadisəsində 13 nəfər qətlə yetirilib. Hadisəni törətməkdə günahlandırılan Fərda Qədirov terror aktından sonra özünü öldürüb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə hadisənin törədilməsi ilə bağlı Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanova ömürlük həbs, Ariz Qabulov barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxardı. Amma təqsirləndirilən şəxslər fiziki işgənclərdən sonra hadisədə iştirak etdikləri ilə bağlı ifadə verdiklərini deyiblər.