Sona Vəliyeva MTRŞ-da sədr müavini imiş

Əsasnaməyə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs şura üzvü ola bilməz

Source:

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva Milli Televiziya və Radio Şurasında sədr müavinidir. Qurumun rəsmi saytında bildirilir ki, Sona Vəliyeva 28 yanvar 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurası sədrinin müavini seçilib (

Mənbə

).

Ötən 10 ay müddətində Sona Vəliyevanın bu vəzifədə olması barədə mətbuatda heç bir xəbər verilməyib. Yalnız dövlət başçısının sərəncamı ilə Sona Vəliyevanın MTRŞ-nin Şura üzvü təyin olunması ilə bağlı məlumat var. Xanım Vəliyeva həmişə “Kaspi” təhsil şirkətinin təsisçisi, eyni adlı qəzetin rəhbəri kimi təqdim edilir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 795 nömrəli Fərmanı ilə təqdiq edilmiş Milli Televiziya və Radio Şurası haqqında Əsasnamının 12-ci bəndində göstərilir: “İkili vətəndaşlığı olan, başqa dövlət qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Şuranın üzvü təyin oluna bilməz”.

“Kaspi” təhsil şirkəti tədrislə məşğul olsa da, Sona Vəliyeva orada pedaqoji fəaliyyətlə məşğul olmur, şirkətin təsisçisi, sahibidir.

Hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, sahibkarlıq ödənişli fəaliyyət növüdür. Yəni əsasnaməyə görə, ödənişli fəaliyyətlə məşğul olanlar şura üzvü ola bilməz.

Ana səhifəXəbərlərSona Vəliyeva MTRŞ-da sədr müavini imiş