“Son sözüm sifarişçiyə şərəf olar” (VİDEO)

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Fərəc Kərimliyə hökm oxunub. Hakim Şəkər Məmmədova siyasi fəalı 6,6 ay azadlıqdan məhrum edib.

 Vəkil Nemət Kərimli protokollar saxtalaşdırdığına görə sübutlar siyahısından çıxarılmalı olduğunu deyir. O əlavə edir ki, Fərəc Kərimli ilə bağlı verilən vəsatətlərin heç biri təmin olunmayıb.

Çıxışında həbsinin siyasi sifariş olduğunu deyən müsavatçı fikirlərini bu sözlərlə yekunlaşdırıb:

 “Mən avtoritar rejimə qarşı mübarizəmə görə həbs olunmuşam. Qanunu ayaqlar altına alan məhkəmədə son söz deməyim bu həbsi sifariş verənlərə şərəf olar”

 Siyasi fəalin atası Raqif Kərimli ittihamları şər-böhtan adlandıraraq, Siracla müqayisədə Fərəcə daha çox iş veriləcəyini gözlədiyini bildirdi.

Fərəc Kərimlinin anası Xaliqə Kərimova oğlanlarının hər zaman haqq-ədalət uğrundə mübarizə apardığını söyləyir.

Fərəc Kərimli ötən il, iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq maddəsi ilə ittiham irəli sürülüb.

Ana səhifəVideo“Son sözüm sifarişçiyə şərəf olar” (VİDEO)