“Son bir ildə hər ay siyasi həbslər olur” (VİDEO)


İyunun 27 və iyulun 2-i aralığında Azərbaycan paytaxtında ATƏT PA-nin 23-cü sessiyası hökuməti, vətəndaş cəmiyyətini, medianı, müxalifəti və əsasən də siyasi məhbusları diqqətə gətirdi. Sessiya zamanı hökumət təmsilçiləri ilə vətəndaş cəmiyyətinin, beynəlxalq qurumların maraqlı dialoqları ilə bərabər hakimiyyəti sərt tənqidlər də eşidildi. Bu və digər məsələlər haqqında yaranan sualları Reportyorların  Azadlığı və Təhlükəsizliyi İnstututunun direktoru Emin Hüseynovla söhbətdə cavablandırmağa çalışdıq.



Emin b


ə


y, AT


ƏT PA-nin 23-cü sessiyasının “


Bak


ı bəyannaməsi”nin Azərbaycandakı insan hüqüqları və demokratik duruma təsir edəcəyini düşünürsünüzmü?

–         Düşünürəm ki, Azərbaycana gələn siyasətçilərin və hüquq müdafiəçilərinin çağırışları diqqətsiz qalmayacaq. Ən azından Azərbaycanın daxilində və xaricində. Çünki bu çağırışlar ölkə rəhbərliyinə yox, həm də ATƏT- üzvü olan dövlət başçılarına ünvanlanıb. İstər-istəməz  PA-nin 23-cü sessiyasının nəticələrini görəcəyik. Amma nəticələrin nə dərəcədə irimiqyaslı olacağını söyləmək çətindir. Diplomatik dildə desək, adətən bu kimi tədbirlərdən sonra hər hansı addımlar atılır.



“Bakı bəynannəməsi”ində iki məqam diqqət çəkdi: qurumun Bakı ofisinin fəaliyyətinin bərpası və siyasi məhbuslar məsələsi. Xüsusən də sənədə SMDT-nin həbsdə olan sədri Anar Məmmədlinin adı salınmışdı. Belə olduğu təqdirdə, yaxın günlərdə siyasi məhbuslarla bağlı addımlar atılacağını gözləyirsinizmi?

–         Nə dərəcədə yaxın günlər olacağını söyləmək tezdir. Çünki yay ayları siyasi cəhətdən ən passiv zamandır, hakimiyyət isə bu tipli addımları beynəlxalq ictimaiyyətin görməsində maraqlı olur. Bu mənada daha inandırıcı vaxtlar avqustun sonu, sentyabrın əvvəli görünür. Nəzərə alın ki, ondan sonrakı oktyabr ayında dövlət rəsmilərinin xarici səfərləri gözlənilir. Onların həm BMT, həm Avropa Şurası səviyyəsində fəallaşacağı gözlənilir. Bildiyimə görə, xarici işlər naziri AŞ PA-da çıxış edəcək. Prezident isə BMT-də görüşlər keçirəcək, bu təmaslarda suallar ortalığa çıxacaq ki, edilən çağırışlardan hansı həllini tapıb? Çünki siyasətçilər bir-birilə təmasda olanda istər-istəməz qarşılıqlı xahişlər olur, o zaman sən məni dinləmirsənsə, mən də səni dinləmirəm fikri ortalığa çıxa bilər. Adətən diplomatik etiket onu tələb edir ki, siyasətçilər bir-birindən xahiş edirlərsə, növbəti mərhələyə keçmək üçün nəticələr olmalıdır.



MDİ-nin Azərbaycanı tərk etdiyi zamanda ATƏT-nin Bakı ofisinin yenidən fəaliyyətə başlaması nə dərəcədə mümkündür?

–         Bu qurumlar fərqli müstəvilərdə fəaliyyət göstərir, birinci QHT, ikinci isə dövlətlərarası qurumdur. Həm də ofis bağlanmayıb, mandatı dəyişilib, səlahiyyətləri bir qədər məhdudlaşdırılıb. Doğrudan da, ATƏT-nin Bakı ofisinin səlahiyyətləri geniş olanda qurum daha fəal idi. Amma bu gün passivlik sezilir. Bütün hallarda ofisinin fəaliyyətinin salahiyyətlərinin yenidən bərpası rəsmi Bakının qərarından və ATƏT daxilində növbəti addımlardan asılıdır. Bu tipli çağırış olubsa, növbəti addım atılmalıdır. Əgər hər iki tərəf ortaq məxrəcə gələcəksə, yəqin ofis bərpa oluna bilər. Amma mənə görə qurumun fəaliyyətinin əvvəlki səviyyədə bərpası inandırıcı görünmür.



Niyə?

–         Çünki hakimiyyət ofisin fəaliyyətini əvvəlki səviyyədə bərpa etsə, “bəs nə üçün bağlamışdın ki, indi dı açırsan” sualı ilə qarşılaşacaq. Bu gün hökumətə ATƏT qarşısında daha başqa güzəştlərə getmək asan və sərfəli olardı. Bu səbəbdən siyasi məhbuslar müstəvisində ATƏT-nin adını gündəmdə saxladığı Anar Məmmədli, İlqar Məmmədli və Əvəz Zeynallını azad edə bilərlər. Amma ATƏT-nin ofisinin yenidən açılması inandırıcı deyil, hər halda bu bir neçə ayın işi deyil. Bəlkə bir neçə il zaman aparacaq. Çünki ortalıqda büdcə və texniki məsələlər də var.



Bəyannamə qərar yox, tövsiyyə xarakteri daşıyırsa, hökumət siyasi məhbuslar iqtiqmaətində hansısa addımlar atarmı? Nəzərə alın ki, indiyə qədər bu cür tövsiyyələr çox olub…

–         Ümumiyyətlə, ATƏT-nin bugünə qədər qəbul etdiyi sənədlər tövsiyyə xarakterli olub. Çünki ATƏT-nin yaranma tarixinə nəzər salaq, demokratik və qeyri-demokratik ölkələrin bir masa arxasında oturub müzakirələr aparılıb. Bu platformada hakimiyyətlə qeyri-hökumət namayəndələri bir-birinə öz sözlərini deyə bilirlər. Amma çağırış olursa, bunun nəticəsi olmalıdır.



Əgər nəticə olmayacaqsa, hansı presedent mümkündür?

–         Mənə elə gəlir ki, hər hansı siyasi məhbusu azadlığı azadlığı buraxa bilərlər. O cümlədən, Anar Məmmədlini.



Amma birmənalı demək olmaz…?

–         Təəssüflər ki, hər şey hakimiyyətin siyasi iradəsindən asılıdır. Ümumiyyətlə, siyasi məhbusların bir nəfərin iradəsi ilə azadlığa buraxılması müxanizmi düzgün deyil. Hakimiyyət maksimal alətlərdən istifadə etməlidir ki, siyasi məhbuslar azadlığa çıxsın. Bunlardan biri amnistiya aktı, digəri isə əfv fərmanıdır. Lakin üçüncü institut haqqında susuruq, söhbət azad məhkəmələrdən gedir, təkrar məhkəmələr keçirilməli və insanların şikayətinə ədalətli baxılmalıdır. Siyasi qərəzlilik tətbiq olunmamalıdır ki, o adam həbs edilsin.



23-cü sessiya çərçivəsində parlamentin vitse-spikeri Bahar Muradova ilə dialoqunuz yarandı, o, özü bu istiqamətdə meylli olduğunu nümayiş etdirdi. Bu mənada hökumətdən müstəqil QHT-lərə tərəf  gözləntiləriniz varmı?

–         Real dialoq məhz o zaman baş verir ki, tərəflərə lazım olur. Biz Azərbaycanda dialoq yox, siyasi oyunlar, vaxt uzatmagörmüşük. 2012-ci ildə ABŞ-nin sabiq dövlət katibi Hillari Klintonun Bakı səfərindən sonra hakimiyyət vətəndaş cəmiyyəti ilə dialoqa başlamaq üçün təşəbbüslər göstərdi. Hətta ABŞ səfiri Brayza vasitəçilik qismində çıxış da etdi. Amma həmin dialoqun məntiqi sonu olmadı. Çünki hamıya qərarların bir şəxsin siyasi iradəsindən asılı olduğu məlumdur – o da İlham Əliyevdir. Dövlət başçısının özünün birbaşa dialoq təşəbbüsünə qoşulmaması dialoqun faktiki fiksiyaya uğramasını təsdiqləyir.



O zaman Bahar Muradovanın sizə dediklərini necə izah edərdiniz?

–         Bahar Muradovanın sözlərində müəyyən bir tendensiyanın davamını gördüm. Strastburqda yay sessiyası zamanı İlham Əliyev Prezident Komitəsinin sədri Tini Koks tərəfindən “siz yaxşı olmayan durumdan çıxış yolu tapmaq üçün qarşı tərəflə, tənqidi səslərlə problemləri müzakirə etməyi düşünmürsünüzmü” sualı ilə qarşılaşdı. Əliyev cavab verdi ki, dəstəkləyir və qəbul edir. Məhz bundan sonra bizim də Avropa Şurasının prezidenti, PA-nin baş katibi və katibi ilə görüşülərimiz oldu. Bu üç aparıcı şəxs də söhbət zamanı dialoqu müsbət qarşıladılar. Mən bildiyimə görə üçüncü tərəf də Avropa instututları olacaq,vasitəçi rolunda. Yəni Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və Avropa institutları, bu razılıq oldu. Əks təqdirdə bizdə bunun növbəti dialoqlara bənzəri olmayacağına əminlik yoxdur. Ona görə beynəlxalq vasitəçilərin bu prosesdə öz rolunu oynamasını istəyirik.



Çox qəribə durum yaranıb, adətən dövlət başçısının hansısa beynəlxalq tədbirlərdə çıxışından, yaxud nüfuzlu diplomatın Bakı səfərindən sonra həbslər olub. 23-cü sessiya zamanı vəkil Əliabbas Rüstəmov həbs edildi, Leyla Yunus və Əli Kərimlini tədbirin keçirildiyi hotelə buraxmadılar. O zaman oxşar hadisələr gözlənilirmi?

–         Azərbaycanda son bir ildə hər ay siyasi həbs olur, bu, bir tendensiyadır. Bunu hansısa siyasi tədbirə, ya da siyasətçinin çıxışına bağlamaq da olar. Leyla Yunusa qarşı təqibin arxasında Fransa prezidenti Ollandın Bakı səfərində dövlət başçısı İlham Əliyevlə hansısa məsələlərin müzakirəsi dayanırdı. Misal üçün, Bakı Parisdən nəyisə xahiş edəndə, Fransa tərəfi də Azərbaycandan müəyyən xahişlərdə bulunsun. Bu tipli xahişləri asan etmək üçün Leyla Yunus kimi hüquq müdafiəçisinin, yaxud jurnalistin təqibinə başlayırlar. Bu cür məqamlarda “bir güllə ilə iki dovşan vurulur” məsələ xatırlamaq yerinə düşər, həm Fransa prezidenti ilə danışıqlarda yüngülləşdirici və ağırlaşdırıcı yeni alət tapırlar, həm də vətəndaş cəmiyyətinə qarşı “soyuq müharibəyə” start verirlər. Qurban Məmmədovdan sonra Əliabbas Rüstəmovun həbsi əslində hüquq müdafiəçilərinin və vəkillərin işini iflic vəziyyətə salmaqdır. İndiki resurslarımızla  vəziyyətə baxdıqda, işləri diqqətlə izləməyə çatdırmırıq. Çünki həbslərin coğrafiyası genişlənib, baxın, Şəkidə, cənub və aran rayonlarında məhkəmələr gedir. Nəzərə alın ki, Azərbaycanda hüquq müdafiəçilərinin və vəkillərin sayı da çox deyil. İkinci, hər hansı həbs zamanı tez reaksiya vermirik, istintaqın açıqlamasından sonra araşdırma aparırıq. Məsələn, jurnaılist Rauf Mirqədirovu həbs etdilər, 2-3 həftə bu həbsə münasibət bildirmədik, çünki hər bir şəxsin yanlışlıqdan, ehtiyatsızlıqdan cinayət törətməsi mümkündür. Bu mənada işi araşdırandan sonra münasibət bildiririk. Amma bu gün həbslər o qədər çoxdur ki, gecikdiyimizdən olayları araşdırmağa  çatdırmırıq. Hazırda siyasi məhbusların sayı vəkillərin və hüquq müdafiəçilərinin sayından iki-üç dəfə çoxdur.

Ana səhifəVideo“Son bir ildə hər ay siyasi həbslər olur” (VİDEO)