”SOCAR Turkey Energy” rəhbərinin kredit kartından 80 min manat oğurlanıb

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər

Source:
Kənan Yavuz
Kənan Yavuz
Kənan Yavuz
Kənan Yavuz


Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər

“SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

“APA-Economics”in Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, K. Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: “Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib”.

K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.

Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.

Ana səhifəXəbərlər”SOCAR Turkey Energy” rəhbərinin kredit kartından 80 min manat oğurlanıb