SOCAR-ın qayığında partlayış olub, ölən var

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb

Source: google.az


Xəsarət alan qayıqçıların vəziyyəti orta-ağır qiymətləndirilir

Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycana aid hissəsində Dövlət Neft Şirkətinin (SOCAR) kiçik həcmli ekspedisiya qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumatı

Fövqəladə Hallar Nazirliyi

yayıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alanlar Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ana səhifəİqtisadiyyatSOCAR-ın qayığında partlayış olub, ölən var