SOCAR Gürcüstana verdiyi qazın qiymətini ucuzlaşdırır

Nazim Məmmədov: ”Şirkət rəhbərliyi dünya bazarında neftin qiyməti qalxanda daxili bazardakı qiyməti dünya bazarına uyğunlaşdırmaq barədə düşünür”

Source:
Rövnəq Abdullayev və Kaxa Kaladze
Rövnəq Abdullayev və Kaxa Kaladze


Nazim Məmmədov: ”Şirkət rəhbərliyi dünya bazarında neftin qiyməti qalxanda daxili bazardakı qiyməti dünya bazarına uyğunlaşdırmaq barədə düşünür”

Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.

Bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb.

Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.

Daha bir sənəd Gürcüstanın Neft-Qaz Korporasiyasının direktoru David Tvalebeişvili və “SOCAR Gas Export-İmport” şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.

 Sənədə əsasən, SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. Bu, milli valyutanın məzənnəsinin dəyişməsindən əziyyət çəkən əhaliyə dəymiş ziyanın bir qismini kompensasiya etməyə imkan verəcək.

Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır (APA).

Xəbəri Meydan TV-yə şərh edən sabiq deputat, iqtisadçı Nazim Məmmədov bildirib ki, bazar iqtisadiyyatı qurulan ölkələrdə qiymət tələb-təkliflə müəyyənləşir:“Görünür, başqa şirkətlər Gürcüstan bazarına ucuz qiymətə qaz təklif edirlər, SOCAR da məcbur olub qiyməti aşağı salır. Ancaq manatın devalvasiyasına qədər Gürcüstanda və Azərbaycanda qazın 1000 kubu eyni qiymətə idi. Hətta Gürcüstanda bir az ucuz idi. SOCAR o zaman da niyə ucuz satmağının səbəbini izah etmirdi. Dünya bazarında qazın 1000 kubunun 300-400 dollar civarında olduğu vaxtlarda SOCAR Gürcüstana ucuz qaz satırdı. Təəssüf ki, şirkət rəhbərliyi dünya bazarında neftin qiyməti qalxanda daxili bazardakı qiyməti dünya bazarına uyğunlaşdırmaq barədə düşünür. Neft ucuzlaşanda isə bunun dünya bazarındakı qiymətlərlə heç bir əlaqəsi olmadığını və  qiyməti Tarif Şurasının müəyyənləşdirdiyini deyirdilər”.

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı təklif edir ki, iqtisadi fəaliyyəti və ixracatı stimullaşdırmaq üçün enerji daşıyıcılarının qiyməti aşağı salınsın:“Maya dəyərinə otuzdurulan xərclər yerli sahibkarı xarici bazarlarda daha yaxşı qiymətlə malını təklif etməyə şərait yaradardı. Bu gün biz hər hansı şirkətin gəlirlərini ciddi-cəhdlə qorumamalıyıq. Amma Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini qorumalıyıq. Bəzi məhsulların maya dəyərinin 50 faizə qədəri enerji daşıyıcılarından formalaşır. Bu mənada bizim yanacaq məhsullarımızın dünyada ən bahalı olaraq qalması təəssüfləndiricidir”.

Ana səhifəXəbərlərSOCAR Gürcüstana verdiyi qazın qiymətini ucuzlaşdırır