SOCAR əməkdaşına 7 il həbs cəzası verilib

Bənövşə Süleymanova dələduzluqda təqsirləndirilir

Source:
SOCAR
SOCAR


Bənövşə Süleymanova dələduzluqda təqsirləndirilir

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi bitib.

Hakim Şəkər Məmmədova Bənövşə Süleymanovaya 7 il azadlıqdan məhrumetmə cəzası verib.

Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi olub. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci  (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

SOCAR Azərbaycan Dövlət Neft Şirkətidir. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət

göstərir

.

 Beynəlxalq aləmdə bu şirkətin adı daha çox korrupsiya

faktlarında

, tendersiz layihələrin həyata keçirilməsində, yeyintidə

hallandırılır

.

Ana səhifəXəbərlərSOCAR əməkdaşına 7 il həbs cəzası verilib