4 dekabrda “Günəşli” yatağının 10-cu platformasında baş verən partlayışda itkin düşənlərin ailəsi SOCAR rəhbərliyinin qəbuluna gəliblər.
Ailələr deyir ki, partlayışdan 45 gün keçməsinə baxmayaraq, Rövnəq Abdullayev onları qəbul etməyib:
“Bəlkə Mehriban Əliyeva, İlham Əliyev bilmir axtarış necə gedir? Biz istəyirik, Rövnəq Abdullayevlə görüşək. Bizi qəbul etmir. 10 gün bundan qabaq gəlib qəbula yazılmışıq, hələ də bizi çağırmırlar. Bunu yuxarda olanlar qoy bilsinlər, anlasınlar, İnqilabın 80 yaşlı anasının gözləri yolda qalıb. Bunu Allah da götürməz. Buna bir əncam çəksinlər.”
İtkin düşən neftçilərin yaxınlarını SOCAR-ın vitse prezidenti Xaliq Məmmədov qəbul edib. Ailələrin sözlərinə görə, qəbuldan onlara axtarışı FHN-in apardığını bildiriblər.