SOCAR Bolqarıstanı qazlaşdıracaq

Natiq Cəfərli: ”Bolqarıstanda qazpaylayıcı olmaq yaxşıdır, amma SOCAR-ın bunu sona qədər çatdıra biləcəyinə inanmıram”

Source:
SOCAR
SOCAR


Natiq Cəfərli: ”Bolqarıstanda qazpaylayıcı olmaq yaxşıdır, amma SOCAR-ın bunu sona qədər çatdıra biləcəyinə inanmıram”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında iştirak edəcək.

Bu barədə dövlət başçısı İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovla birgə keçirdiyi mətbuat konfransında

bildirib.

Bolqarıstan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində ildə 1 mlrd. kubmetr qaz alacaq.

“Bir neçə il sonra Bolqarıstan ərazisinə 1 mlrd. kubmetr Azərbaycan qazının nəql ediləcəyini nəzərə alaraq, bu gün biz, cənab Baş nazirlə birlikdə müvafiq qurumların rəhbərlərinə Azərbaycanın SOCAR şirkətinin Bolqarıstanda qazlaşdırma həyata keçirməsi ilə bağlı məsələləri araşdırmaq göstərişi vermişik”, prezident Əliyev belə deyib.

Baş nazir Borisov isə deyib ki, bugünə Bolqarıstanın cəmi 3 faizi qazlaşdırılıb, buna görə SOCAR-la əməkdaşlıq vacibdir.

Qazlaşdırma kömür və odundan istifadə ilə əlaqədar ətraf mühitin çirklənməsinin qarşısının alınmasına imkan verəcək və əhalinin sosial cəhətdən müdafiəsiz olan təbəqəsini mavi yanacaqla təmin edəcək.

“Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə miqdar və bu işin həyata keçirilməsi müddəti müəyyən olunacaq, belə ki, Azərbaycan tərəfi qaz təchizatı üçün ən sərfəli qiymətləri təklif edir.

1 mlrd. kubmetr qaz Bolqarıstanda bir çox evi məişət qazı ilə təmin edəcək”, – deyə Borisov bildirib.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli qazpaylayıcı şirkət olaraq bazarda fəaliyyət göstərməyi daha sərfəli hesab edir.

O, buna misal olaraq SOCAR-ın Gürcüstanda qazpaylayıcı şirkət kimi də fəaliyyət göstərdiyini deyib:

“Gürcüstan bazarında 95 faizdən çox Azərbaycan qazıdır. Həm də qazpayayıcı şirkət də SOCAR olduğundan qazı daha baha satır və daha çox gəlir götürür”.

Natiq Cavadlı

Natiq Cəfərli deyir ki, əgər SOCAR Bolqarıstanda qazpaylayıcı şəbəkənin qurulmasında iştirak edə bilsə, daha çox pul qazanar:

“Ancaq SOCAR-ın əsas problemi şəffaf idarəetməyə malik olmamasıdır. Şirkətin gəlirləri və xərcləri barədə mətbuata əhatəli məlumat verilmir. İndiyə qədər SOCAR-ın xarici borclarının səbəbləri, idarəetmədə effektivlik hansı səviyyədədir, neft-qaz hasilatında maya dəyərinin nə qədər olması sualları açıq qalıb. Ona görə idarəçilikdə şəffaf olmayan şirkət bu layihədə uğur qazanmaq əvəzinə dövlət dəstəyi, yəni kreditlər hesabına bu işi görə bilər. Bu yanaşmanın qarşısı alınmalıdır ki, SOCAR qazandığını investisiya qoya bilən şirkətə çevrilsin. Bir daha deyirəm, Bolqarıstanda qazpaylayıcı olmaq yaxşıdır, amma SOCAR-ın bunu sona qədər çatdıra biləcəyinə inanmıram”.

İqtisadçı ehtimal edir ki, Bolqarıstanda qazpaylayıcı şirkətlə bağlı tender elan olunacaq:

“Bolqarıstan Avropa Birliyinin üzvü olduğundan Avropa III Xartiyasına görə qazpaylayıcı şirkətlə qazı tədarük edən arasında birbaşa bağlılıq olmamalıdır. Əlavə divident baxımından şirkətin tenderdə iştirakı yaxşıdır. Problem yalnız SOCAR-ın şəffaf idarəetməyə malik olmamasıdır. Baxın, dövlət büdcəsindən ən çox dotatsiya alıb. O cümlədən, Mərkəzi Bankdan çoxlu kredit alıb və gecikdirib”.

Ana səhifəXəbərlərSOCAR Bolqarıstanı qazlaşdıracaq