SOCAR 6,5 milyon dollar cərimələndi

Source:

Gürcüstanın Rəqabətlilik Agentliyi avtomobil yanacağı bazarında apardığı araşdırmalar nəticəsində ökənin “Rəqabətlilik haqqında” qanununun pozulması faktlarını aşkar edib.

Qonşu ölkənin “Sputnik-Georgia” saytının məlumatına görə, araşdırma 2014-cü ilin noyabrın 12-dən 2015-ci ilin iyulun 14-nə qədər aparılıb: “Nəticələr müvafiq iqtisadi agentlərin ümumilikdə 55 milyon lariyə yaxın (25 milyon dollar) məbləğində cərimə ödəməli olacaqlarını ortaya qoyub”.

Eyni zamanda, “Rəqabətlilik haqqında” qanunu pozduqlarına görə bəzi şirkətlər cərimələnib. Bu şirkətlər arasında “SOCAR Georgia petroleum” MMC şirkəti də var. Şirkət 14 381 385 lari (6,5 milyon dollardan çox) məbləğində cərimələnib.

Ana səhifəXəbərlərSOCAR 6,5 milyon dollar cərimələndi