SOCAR-ın 4 vitse-prezidenti vəzifədən uzaqlaşdırıldı

ARDNŞ 1992-ci ildə prezidentin fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında yaradılıb.

Mənbə: SOCAR


Şirkətin indiyə qədər 12 vitse-prezidenti olub

Dövlət başçısı İlham Əliyev Dövlət Neft Şirkətinin 4 vitse-prezidentini vəzifəsindən azad edib.

İyulun 19-da imzalanan sərəncamda şirkətin emal üzrə vitse-prezidenti Davud Məmmədov, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və Mikayıl İsmayılov vəzifələrindən azad edilib.

ARDNŞ 1992-ci ildə prezidentin fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında yaradılıb. Şirkətin prezidenti Rövnəq Abdulleyevdir.

19 iyul sərəncamına qədər şirkətin 12 vitse-prezidenti olub.

Ana səhifəİqtisadiyyatSOCAR-ın 4 vitse-prezidenti vəzifədən uzaqlaşdırıldı