Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi

Siyavuş Novruzov müraciətində onu partiyada tutduğu vəzifədən azad etməyi xahiş edib

Foto: arxiv


Deputat ölkə başçısına müraciət edib

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın sədri İlham Əliyevə müraciət edib.

Siyavuş Novruzov müraciətində onu partiyada tutduğu vəzifədən azad etməyi xahiş edib.

Bu barədə hakim partiyanın mətbuat xidməti məlumat

yayıb

.

YAP İcra katibinin müavini Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva sabiq deputat İlham Əliyevin qızının toyunda iştirak etdiyi üçün partiya tərəfindən ona töhmət elan olunub. Eyni zamanda, onların hər ikisi karantin qaaydalarını pozduqları üçün polis tərəfindən hər biri ayrılıqda 400 manat

cərimələniblər

.

Siyavuş Novruzov 1969-cu ildə Babək rayonunun Cəhri kəndində anadan olub. O, 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

Siyavuş Novruzov Prezidentin 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordeni" lə təltif olunub. 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Ana səhifəSiyasətSiyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi