Siyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirib

Bir gün sonra Siyavuş Novruzov vəzifəsindən azad edilib.

Source: Архив


Onun yerinə deputat Aydın Hüseynov təyin olunub

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının Təşkilat Şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılıb.

Onun yerinə hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov təyin olunub.

Bu barədə Yeni Azərbaycan Partiyası məlumat yayıb.

Siyavuş Novruzov avqustun 24-də partiyanın sədri İlham Əliyevə müraciət edərək onu icra katibin müavini vəzifəsindən azad etməsini istəyib.

Bir gün sonra Siyavuş Novruzov vəzifəsindən azad edilib.

Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva sabiq deputat İlham Əliyevin qızının toyunda iştirak etdiyi üçün partiya tərəfindən ona töhmət elan olunub. Eyni zamanda, onların hər ikisi karantin qaaydalarını pozduqları üçün polis tərəfindən hər biri ayrılıqda 400 manat cərimələniblər.

Siyavuş Novruzov 1969-cu ildə Babək rayonunun Cəhri kəndində anadan olub.

O, 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini,1999-2002-cı illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.

Siyavuş Novruzov Prezidentin 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə Xidmət Ordeni" lə təltif olunub. 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Ana səhifəSiyasətSiyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirib