Siyavuş Novruzov: Ombudsman Prezidentin hüquqlarına da diqqət yetirməlidir

Deputat Qüdrət Həsənquliyev də Siyavuş Novruzovun fikrini dəstəkləyib

Foto: arxiv

Qüdrət Həsənquluyev: “Namuslu kişi söyüş söyməz, bilir ki, onun 10 qat artığı ona qaytarılır”

“Azərbaycanda insanların hüquqlarının qorunması ilə bağlı mühüm işlər görülür. Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət edilir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı belə deyib.

O bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur.



“Onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır”

Siyavuş Novruzov ölkə başçısının hüquqlarının müdafiəsi ilə bağlı məsələ qaldırıb: “Düzdür, prezidentin buna ehtiyacı yoxdur. Çünki prezidentin hüquqları qanunla qorunur. Amma bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var. Onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir. Bu müraciətlər hazırlanaraq ayrı-ayrı ölkələrə göndərilməlidir”.



“Heç bir namuslu kişi söyüş söyməz”

Deputat Qüdrət Həsənquliyev də Siyavuş Novruzovun fikrini dəstəkləyib:

Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev

“Ombudsman söyüş söyənlərlə bağlı xarici ölkələrin ombudsmanlarına müraciət edə bilər. Yeri gəlmişkən söyləyim ki, heç bir namuslu kişi söyüş söyməz. Ona görə ki, bilir, onun 10 qat artığı ona qaytarılır. Amma belələri çox təəssüf ki, ləyaqətlərini satdıqları üçün onların başqa yolu yoxdur. Və belə əxlaqsız və ləyaqətsiz bir işlə məşğul olurlar”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: Ombudsman Prezidentin hüquqlarına da diqqət yetirməlidir