“Son 3 ayda Müsəlman Birliyi Hərəkatının 27 üzvü və bundan əlavə 16 inanclı şəxs şərlənərək həbs edilib”
D18 və Müsəlman Birliyi hərəkatları həbs olunan inanclı şəxslərlə bağlı birgə bəyanat yayıb.
Sənəd müəllifləri təəssüflə bildirir ki, ölkədə hüquq müdafiəçiliyi prinsiplərə yox, maraqlara xidmət etdiyi üçün inanclı şəxslərin müdafiəsi və onların həbsləri ilə məlumatlar ictimaiyyətlə açıq şəkildə bölüşülmür.
“Hər zaman siyasi məhbus məsələsində həssas yanaşmanın tərəfdarıyıq və öz monitorinqlərimizi sizinlə bölüşmək istəyirik. Həmçinin monitorinqlərimiz beynəlxalq təşkilatlara da mütəmadi olaraq göndərilir”, – deyə qeyd olunur.
Vurğulanır ki, Müsəlman Birliyi Hərəkatı və inanclı şəxslərə qarşı ardıcıl həbslər getdikcə artmaqdadır:
“Son 3 ayda Müsəlman Birliyi Hərəkatının 27 üzvü və bundan əlavə 16 inanclı şəxs şərlənərək həbs edilib. Müsəlman Birliyi Hərəkatının 6 üzvünə inzibati həbs verilib və inzibati həbsdən çıxan Nizami Əhməd yenidən barəsində cinayət işi açılaraq həbs edilib”.
2023-cü ilin 1 yanvarından bəri Müsəlman Birliyi Hərəkatının həbs edilən üzvləri :
- Həsən Abbaszadə
2 . Nizami Əhməd
3.İmran Məmmədli
4.Tərlan Sayadov
5.Telman Rəşidov
6.Rövşən Əliyev ( yuxarıdakılar daxil olmaqla 30 sutka)
7.Elnur Cəfərov ( aşağıdakılar daxil olmaqla cinayət işi başlanıb)
8.Rəşad Əliyev
9.Elşən Rəhimov
10.Azad Kərimov
11.Ceyhun Babaşov
12.Etibar İsmayılov
13.Mayıl Kərimov
14.Elvin Quliyev
15.İsmayıl İsmayılov
16.Tural Vəliyev
17.Bəhruz Quliyev
18.Cavid Allahverdiyev
19.Şamil AbdulAli
20.Elçin Zeynalov
21.Nicat Ağayev
22.Alik Aslanov
23.Fədail Şükürlü
24.Yasin Əhmədov
25.İlyas Qasımov
26.Kamil Mahmudov
27.Elxan İsmayılov
MBH üzvü olmayan inanclı fəallar :
- Mənsur Əliyev (İlahiyyatçı)
- Hilal Əsədov (İlahiyyatçı)
- Nahid Qəhrəmanlı
- Vüsal Alışov
- Murad Abdullayev
- Mehman Fətəliyev
- Bəhruz Kərimov
- Samir Salam
- Kərbəlayi Hasil
- Nizami Əhmədov
- Kərbəlayi İlqar
- Bəxtiyar Babaşov
- Ramil Məmmədov
- Elvin Quliyev
- Bilal Əsədov
- Seyyid Vüqar
Hər iki təşkilat həbs olunanlara azadlıq tələb edir.
Eyni tələblə kommunist gənclər tərəfindən yaradılmış “İnqilabın Səsi” təşkilatı da çıxış edib. Təşkilatın siyasi həbslərlə bağlı yaydığı bəyanatda həmçinin AXCP fəalı Əlizamin Salayevin həbsinə diqqət çəkilir:
“Siyasi həbslərin geniş vüsət aldığı, inanclı məhbusların İran İslam Respublikasına cəsusluqda ittiham olunaraq kütləvi həbs olunduğu bu günlərdə, Əlizamin Salayev Əliyev zindanlarında artıq 60 gündür ki, aclıq aksiyası keçirir. Əlizamin Salayev ölümün bir addımlığındadır.
Əlizamin Salayev də daxil olmaqla siyasi məhbusları öz mənfəətlərinə görə qurma ittihamlarla həbs edən Əliyev hökuməti bütün həbslərin və aclıq aksiyası ölümlərinin baiskarıdır”.
“Əliyev rejiminin dayağına zəhmətkeşlər son verəcək!”, – deyə gənc kommunistlər vurğulayır.