“Siyasi məhbuslar arasında ayrıseçkilik var” (VİDEO)

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı”Azərbaycanda siyasi məhbus problemi; mövcud durum və reallıqlar”mövzusunda ictimai dinləmə keçirib. Toplantıda siyasi məhbuslarla bağlı durum, son zamanlar baş tutan qanunsuz həbslər, absurd məhkəmə, ictimai fəallara edilən təzyiqlər eləcə də 28 may – Cumhuriyyət günü ərəfəsində dövlət başçısı tərəfindən imzalanan əfv fərmanının siyasi məhbuslara şamil edilməməsi müzakirə olunub.

Çıxış edən hüquq müdafiəçisi Oqtay Gülalıyev son zamanlar demək olar ki hər gün bir ictimai fəalın həbs olunduğunu dilə gətirib.

Prezidentin 26 may tarixli əfv fərmanı ilə azadlığa buraxılan jurnalist Fuad Hüseynov əfvdən 5 gün öncə karsa salındığını deyir.

Dövlət çevrilişinə cəhd maddəsi ilə 7 ildən çoxdur ki, həbsdə olan Səid Dadaşbəylinin anası Qətibə Qarayeva  və eyni ittiham ilə həbs olunun Kərimov Rasimin anası İradə Kərimova isə siyasi məhbuslar arasındakı ayrıseçkilikdən narazılığını bildirib.

Azadlıq qəzetinin redaktoru Rövşən Hacıyev hüquq müdafiəçilərinin birləşməyini təklif etdi.

Ana səhifəVideo“Siyasi məhbuslar arasında ayrıseçkilik var” (VİDEO)