Siyasi fəala qarşı narkotik alveri maddəsi ilə cinayət işi açılıb

Vəkil: ”İttiham saxta və siyasi sifarişlidir”

Source:


Vəkil: ”İttiham saxta və siyasi sifarişlidir”

Beş gündür barəsində heç bir xəbər olmayan siyasi fəal Əhsən Nuruzadə haqqında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb.

Onu külli miqdarda narkotik maddələrin satış məqsədi ilə dövriyyəsində təqsirləndirirlər.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov deyib ki, Nərimanov Rayon Məhkəməsinda hakim Gültəkin Əsədovanın sədrliyi ilə Əhsən Nuruzadə haqda üç aylıq həbs qətimkan tədbiri seçilməsi qərarı çıxarılıb.

Vəkil istintaqın DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin apardığını söyləyib.

“Mən idarə ilə əlaqə saxlayıb müstəntiqlə danışmaq istəsəm də, rəsmi müraciət etməli olduğumu bildirdilər”.

Yalçın İmanov Əhsən Nuruzadəyə qarşı ittihamın saxta və siyasi sifarişli olduğunu hesab edir:

“Əhsən Nuruzadə adıçəkilən idarənin əməkdaşları tərəfindən bu il yanvarın 24-də oğurlanmışdı. Sonradan onun 10 gün inzibati qaydada həbs cəzası aldığını eşitdik. Ardınca sentyabrın 19-da yenə oğurlandı, yalnız 3 gün sonra yerini müəyyənləşdirdik və təkrar olaraq 10 sutka inzibati cəza aldı. Nəhayət, 7 oktyabr mitinqindən əvvəl yenə oğurlandı və dörd gün sonra məlumat aldıq ki, cinayət işi açılıb.

Əvvəlki həbslərdə Əhsən Nuruzadəyə xəbərdarlıq etmişdilər ki, Tale Bağırzadəni müdafiə etsən, mitinqlərə qatılsan haqqında cinayət işi açılacaq. Görünür, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi öz xəbərdarlığına əməl etdi. Bu həbsi heç bir hüququ əsası olmadığı üçün qanunsuz sayırıq”.

Ana səhifəXəbərlərSiyasi fəala qarşı narkotik alveri maddəsi ilə cinayət işi açılıb