Şirkət rəhbəri intihara cəhd etdi (Yenilənib)

Sahibkar ona qarşı təzyiq olduğunu deyir

Source:
İntihar etmək istəyən şəxs bayrağa bürünüb
İntihar etmək istəyən şəxs bayrağa bürünüb
İntihara cəhd
İntihara cəhd


Sahibkar ona qarşı təzyiq olduğunu deyir

Hadisə yerində olan jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinə dəvət olunan sahibkar oradan çıxandan sonra maşına mindirilərək, naməlum istiqamətə aparılıb. Onun jurnalistlərlə danışmasına imkan verilməyib.

Buna qədər Dönməz Məmmədov dəfələrlə problemi haqda mətbuata məlumat verib. O, bir sahibkar kimi fəaliyyətinə əngəllər yaradıldığını bildirib.

***

Fevralın 5-i səhər saatlarında bir nəfər şəxs Bakıda Nəqliyyat Nazirliyinin yanındakı körpüyə çıxaraq intihar etmək istəyib. Bu barədə Meydan TV-yə hadisə yerində olan Bakı sakinləri məlumat verib. Onlar bildirirlər ki, həmin şəxs Azərbaycan bayrağına bürünüb və əlində benzinlə dolu şüşə var. O, insanların yaxınlaşmasını istəməyib:

“Heç kim yaxınlaşmasın. Yoxsa özümü əvvəlcə yandırıb, sonra körpüdən atacağam”.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da gəlib. İntihara cəhdin qarşısı alınıb.

Həmin şəxsin “Amal-D” MMC şirkətinin rəhbəri sahibkar Dönməz Abutalıb oğlu Məmmədov olduğu deyilir. O, Bakı-Saray-Sumqayıt xətti üzrə işləyən 501 nömrəli marşrut avtobuslarınin sahibkarıdır. Sahibkar ona qarşı təzyiq olduğunu və buna görə intihar etmək istədiyini deyib. Onun nəqliyyat nazirinin müavininə şikayəti varmış. Ona görə intihar üçün məhz nazirliyin yanındakı körpünü seçib.

 Dönməz Məmmədov hazırda Nəqliyyat Nazirliyinə dəvət olunub.

Ana səhifəXəbərlərŞirkət rəhbəri intihara cəhd etdi (Yenilənib)