“Şirin Abbasovun apellyasiya şikayətinə baxılmasını məqsədli şəkildə yubadırlar”

“Məhkəmələr də apellyasiya şikayətinə baxılmasını ona görə uzadırlar ki, Şirin Abbasov həbsdə olduğu müddətdə vəkili ilə məhkəmədə də olsa belə görüşə bilməsin”

Source:



Məhkəmələr də apellyasiya şikayətinə baxılmasını ona görə uzadırlar ki, Şirin Abbasov həbsdə olduğu müddətdə vəkili ilə məhkəmədə də olsa belə görüşə bilməsin

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.3-cü maddəsinə əsasən İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir. Lakin Şirin Abbasovun inzibati qaydada həbs edilməsi barədə Yasamal rayon Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli qərarından verdiyim apellyasiya şikayəti artıq iki həftədən çoxdur ki, Yasamal rayon Məhkəməsində saxlanılır”.

Bu açıqlamanı öz Facebook səhifəsində vəkil Elçin Sadıqov yayıb.

Vəkil bildirib ki, qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmir: “Halbuki, 05 oktyabr 2015-ci il tarixdə qərar mənə şəxsən veriləndə bildirilmişdi ki, iş həmin gün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək. Bu gün Bakı Apellyasiya Məhkəməsində yoxlatdırdım, ancaq hələ də apellyasiya şikayətimiz həmin məhkəməyə daxil olmayıb. Görünən odur ki, məhkəmələr də apellyasiya şikayətinə baxılmasını ona görə uzadırlar ki, Şirin Abbasov həbsdə olduğu müddətdə vəkili ilə məhkəmədə də olsa belə görüşə bilməsin”.

Ana səhifəXəbərlər“Şirin Abbasovun apellyasiya şikayətinə baxılmasını məqsədli şəkildə yubadırlar”