Şirin Abbasovu hələ də buraxmırlar

Jurnalistə verilən cəzanın müddəti artıq bitib

Source:


Jurnalistə verilən cəzanın müddəti artıq bitib

Sentyabrın 16-sı günorta saatlarında saxlanılan bir neçə gün sonra haqqında 30 sutka inzibati cəza tətbiq edilən reportyor Şirin Abbasovun həbs müddətinin vaxtı bitsə də, azad olunmur. Halbuki, qanunvericiliyin tələbinə əsasən saat 12-ə qədər Şirin Abbasov sərbəst buraxılmalıydı.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İbarəsindən bildiriblər ki, vəkili gəlməmiş buraxılmayacaq. Hazırda vəkil Elçin Sadıqov idarənin qarşısındadır.

Bildirilir ki, DİN-də kollegiya iclası keçirildiyindən jurnalist saat 14-dən tez buraxılmayacaq. Çünki idarə rəhbərliyi toplantıdadır.

Jurnalistin barədə 30 sutka həbs cəzası çıxarılıb. Həmin qərar yalnız 14 gün sonra vəkilə təqdim edilib. Beynəlxalq Hüquq Müdafiə təşkilatları Şirin Abbasovun həbsini pisləyən bəyanatla çıxıb edib.

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Şirin Abbasovun şikayətinə baxılıb. Jurnalistin özü də prosesə gətirilib, amma məhkəmə zalına 10 nəfərdən çox adam buraxılmayıb.

Jurnalist bildirib ki, o, polisə müqavimət göstərməyib və irəli sürülən maddələrlə özünü təqsirli hesab etmir. “Yasamal Rayon Məhkəməsində bu fikirlərimi ifadə etsəm də, nəzərə alınmadı” deyib.

Vəkil Elçin Sadıqov şikayətin təmin olunmadığını və Şirinin vəkildən imtina etmədiyini bildirib.

Ana səhifəXəbərlərŞirin Abbasovu hələ də buraxmırlar