Sirac Kərimli 6 il azadlıqdan məhrum olundu

“Amnesty İnternational” təşkilatı Sirac Kərimlini “vicdan məhbusu” kimi tanıyıb

Source:


“Amnesty İnternational” təşkilatı Sirac Kərimlini “vicdan məhbusu” kimi tanıyıb

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində müsavatçı Fərəc Kərimlinin qardaşı Sirac Kərimliyə 6 il azadlıqdan məhrumetmə hökmü oxunub.

Bu barədə Meydan TV-in prosesi izləyən əməkdaşı məlumat verib.

Sirac Kərimli 2014-cü il iyulun 17-də Cinayət Məcəlləsinin külli miqdarda narkotik saxlama, satma maddəsi ilə həbs olunub. “Amnesty İnternational” təşkilatı Sirac Kərimlini “vicdan məhbusu” kimi tanıyıb.

Sirac Kərimlinin siyasi mənsubiyyəti yoxdur, onun qardaşı Fərəc Kərimli ilə səhv olaraq həbs olunduğu məhkəmədə də aşkarlandı. Fərəc Kərimli özü də həbsdədir.

Sirac Kərimlinin atası Raqif Kərimli məhkəmənin hökmünü siyasi sifariş hesab edib.

Ana səhifəXəbərlərSirac Kərimli 6 il azadlıqdan məhrum olundu