Şimali Koreya liderinin yoxluğu spekulyasiyalara səbəb olub

Prezidentin Mavi Evi deyib ki, qonşu nüvə dövlətindən qeyri-ənənəvi xəbər almayıblar

Source: Meydan Tv


Kim Jong Unun xəstə olduğu deyilir

Cənubi Koreya və Çin rəsmiləri çərşənbə axşamı Şimali Koreyanın lideri Kim Jong Unun xəstə olmasıyla bağlı xəbərləri şübhə altına alıb.

“Reuters” xəbər verir ki, yerli media Şimali Koreya liderinin ürək-damar əməliyyatından keçdiyini və onun sağlamlığının “ciddi təhlükədə” olduğunu deyib.

Seul mərkəzli “Daily NK” bazar ertəsi günü Şimali Koreyadakı adı açıqlanmayan bir mənbəyə istinadən deyib ki, Kim 12 apreldə əməliyyatdan keçəndən sonra sağalır. Şimali Koreya liderinin təxminən 36 yaşında olduğu güman edilir.

CNN ABŞ-ın məsələylə bağlı məlumata sahib rəsmi nümayəndəsinə istinadən bildirib ki, Vaşinqton kəşfiyyat məlumatlarına əsasən əməliyyatdan sonra Kimin sağlamlığının ağır təhlükə altında olduğunu deyib. “Bloomberg” ABŞ-ın adı açıqlanmayan rəsmisinə istinadən deyib ki, Ağ Evə məlumat gəlib ki, Kimin əməliyyatdan sonra vəziyyəti pisləşib.

Cənubi Koreyanın hökumət rəsmiləri CNN-i təkzib edib və Kimin əməliyyat keçirib-keçirməməsi ilə bağlı heç bir məlumat paylaşmayıb. Prezidentin Mavi Evi deyib ki, qonşu nüvə dövlətindən qeyri-ənənəvi xəbər almayıblar.

Kim Şimali Koreyanın lideri olmaqla nüvə arsenalının yeganə komandiridir. Onun müəyyən olunmuş heç bir varisi yoxdur və ölkədə hər hansı bir qeyri-sabitlik beynəlxalq riskə çevrilə bilər.

Dövlət KCNA xəbər agentliyi çərşənbə axşamı gündəlik xəbərlərində Kimin harada olduğu barədə heç bir məlumat verməyib, lakin xəbərdə bildirilib ki, Kim ad günü münasibətiylə ölkənin məşhur simalarına hədiyyə göndərib.

Şimali Koreya ilə əlaqəli Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəsmisi “Reuterss agentliyinə Kimin ağır xəstə olduğuna inanmadığını deyib. Çin Şimali Koreyanın yeganə müttəfiqidir.

Çin Xarici İşlər Nazirliyinin sözcüsü Geng Shuang Pekinin Kimin sağlamlığı ilə bağlı xəbərlərdən agah olduğunu, ancaq bu xəbərlərin mənbəyi haqda məlumatlı olmadığını deyib.

“Daily NK” yazıb ki, Kim aprelin 12-də xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin avqust ayından etibarən siqaret çəkmə, piylənmə və həddən artıq işləmə səbəbiylə pisləşdiyi deyilir.

Xəbərdə deyilir ki, o, paytaxt Pxenyanın şimalındakı Myohyang dağında yerləşən villasında müalicə alır.

Ana səhifəDünyaŞimali Koreya liderinin yoxluğu spekulyasiyalara səbəb olub