”SilkWay” alyansların atəşi altında

İyulun 2-dən (2017) etibarən xarici mətbuatda (daha çox erməni və nisbətən az Rusiya) çox yavaş və səmərəsiz şəkildə Azərbaycanın ”Silk Way” aviasiya şirkətinin dünyanın münaqişə zonalarına silah daşıması haqqında sensasiya doğuran məlumatlar yayılır.

Source:

İyulun 2-dən (2017) etibarən xarici mətbuatda (daha çox erməni və nisbətən az Rusiya) çox yavaş və səmərəsiz şəkildə Azərbaycanın ”Silk Way” aviasiya şirkətinin dünyanın münaqişə zonalarına silah daşıması haqqında sensasiya doğuran məlumatlar yayılır.

Bolqarıstanın

“Trud”

(“Əmək”) qəzetində ölkəsinin qalmaqallı jurnalisti Dilyana Qaytancıyeva “Terrorçular üçün silah daşıyan 350 diplomatik aviareys” sərlövhəli məqalədə Azərbaycanı terrorçularla əlbirlikdə ittiham edir.

Faktiki olaraq bu məqalə 2016-cı il dekabrın 30-da dərc olunmuş

“Bolqarıstan mücahidlərə silah satmaqdan imtina etmir”

məqaləsinin davamıdır. Məqalə 2013-cü ildə Bolqarıstanın Suriyaya silah satması haqqında ilk ifşaedici reportajdan sonra çıxmışdı.

Dekabrdakı məqalədə və ondan əvvəl ”Silk Way” haqqında heç nə deyilmirdi. Daşıyıcı olaraq Danimarkanın ”H. Folmer & Co” aviaşirkətinin adı çəkilirdi, onları kirayə götürən isə Amerikanın ”Chemring” və ”Orbital ATK” şirkətləri idi. Daşınan hərbi yüklərin əksəriyyətinin istehsalçısı kimi isə Bolqarıstanın “Vazovskiy maşinostroitelnıy zavod”u göstərilirdi.

22 dekabr 2016-cı il tarixli

“Trampa qədər: Ağ Ev Suriyada “mülayim müxalifəti” silahlandırmağa tələsir”

başlıqlı məqalədə Rusiya tərəfindən dəstəklənən Əsəd rejiminə qarşı çıxan mülayim müxalifətə silah göndərilməsindən danışılırdı.

Britaniyanın ”Conflict Armament Research” araşdırma şirkətinin ekspertləri Şərqi Avropa ölkələrindən eyni silah daşımalarını izləyiblər. Onların məlumatına görə, silah yenə “mülayim Suriya müxalifətinə” daşınır, o isə silahı qismən “İslam Dövləti” ekstremistlərinə satır.

Maraqlıdır ki, Bolqarıstanın “Trud” qəzetindəki və Rusiyanın eadaily.com saytındakı məqalələr arasında əlaqə var, həm də nəşrlərin tonunu Rusiya saytı verir. Öz növbəsində, Rusiya XİN nəşrlərə diplomatik dəstək göstərir. İlkin informasiya mənbələri və Rusiyanın diplomatik dəstəyi ABŞ-ın və onun müttəfiqlərinin dəstəklədiyi qruplara silah daşınması haqqında məlumat “Trud”un iddia etdiyi kimi, anonim Anonymous Bulgaria-dan deyil, Rusiya xüsusi xidmətlərindən yayılır.

Amerika dairələrindəki mənbə ”Turan” agentliyinə bildirib ki, Pentaqonun bütün sifarişləri, o cümlədən ”SilkWay” üçün, müqavilələr əsasında həyata keçirilib. Şirkətin NATO ilə stabil münasibətləri var və o, sifarişlər əsasında dünyanın müxtəlif bölgələrinə tamamilə qanuni əsaslarla yük daşımaları həyata keçirir, deyə ”SilkWay” bildirir.

Maraqlıdır ki, yalnız bolqar dilində dərc oluna “Trud”dakı məqalənin ingilisdilli vesiyası çıxıb. Bu, nonsensdir. Belə bir sual yaranır, o, hansı oxucu üçün nəzərdə tutulub? Əlbəttə ki, kütləvi oxucu üçün deyil. Bu, “Trud”un yalnız Rusiya informasiyasının sızdırılması və müvafiq olaraq sonradan Rusiyanın reaksiya verməsi üçün ödənişli meydançadır.

Media-ekspert Rəşid Hacılı da bu məlumatların əldə edilməsində və yayılmasında Rusiyanın iştirakının tamamilə mümkün olduğunu hesab edir. Bu məsələlərdə əlaltı rolunu həmişəki kimi Ermənistanın media və sosial şəbəkəsi oynayır, o, növbəti dəfə heç nədən sensasiya yaratmağa çalışıb. Erməni oxucuları ingilis dilində olan məqalənin mətni altında komplimentlər yağdırırlar. “Afərin, peşəkar!”, deyə Armine Adibekyan məqalənin altında yazır.

İndi isə konkret olaraq məqalə haqqında. Məqalədə ”SilkWay”in üç ildən çoxdur Yaxın Şərq ölkələrinə Suriya, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanındakı alıcılar üçün nəzərdə tutulmuş silah daşıyan ticari, ödənişli uçuşlar (350 uçuş) həyata keçirir. Bu əməliyyatlarla əlaqəsi olan ölkələr arasında aviadaşıma xərclərini ödəyən ABŞ-ın və məxfi Anonymous Bulgaria qrupunun Azərbaycanın Bolqarıstandakı səfirliyi ilə yazımalarını “ələ keçirdiyi” və bu məlumatları “Trud”un jurnalistinə verdiyi Bolqarıstan XİN-in adı çəkilir.


Sensasiyanın istehsalçıları

“Trud” Bolqarıstanın 1936-cı ildən çıxan ən qədim qəzetidir. Qəzetin xəttini və mövqeyini onun trixi göstərir. O, monarxistlər, faşistlər, kommunistlər və demokratlar dövründə çap oluna bilən yeganə Bolqarıstan qəzetidir.

Eurasia Daily (EADaily) saytında bu informasiya agentliyinin 2015-ci ildə Avrasiya qitəsində siyasi və sosial-iqtisadi proseslərin obyektiv işıqlandırılması üçün yaradıldığını oxumaq olar.

EADaily-nin öz müxbirləri və icmalçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində, Ukraynada, Gürcüstanda, işhal olunmuş Abxaziyada, Cənubi Osetiyada, Dnestryanında işləyirlər.

Agentlik dəfələrlə yalanda

ittiham

olunub.

Baş direktor İrina Fedinanın mövqeyi

“Çox ermənisayağı”

məqaləsində yaxşı ifadə olunub. Bundan əvvəl Fedina Vigen Akopyanın rəhbərlik etdiyi Erməniyönlü Regnum-da baş direktor işləyirdi. İndi onun rəhbərliyi altında “Yaxın Şərq” və “Zaqafqaziya” istiqamətlərinə müvafiq olaraq Mixail Aqacanyan və Lusune Davtyan başçılıq edir. Bu tərkibdə və belə şaxələnmiş şəbəkə ilə senssasiya problemi yaşanmaz.

Ana səhifəAraşdırma”SilkWay” alyansların atəşi altında