Şikayəti eşidilməyən sürücü çarəni Ermənistana keçməkdə görür

“Zaqatalanın icra başçısı yetimin, kasıbın marşrutuna göz dikib”

Source:


“Zaqatalanın icra başçısı yetimin, kasıbın marşrutuna göz dikib”


Lisenziyasız işləmək olmaz

Əslən Ağdamdan olan Ceyhun Əliyev 30 ildir Mingəçevir şəhərində yaşayır. O, Mingəçevir avtovağzalında sürücü işləyir. 7 ildən artıqdır ki, vergiyə və Sosial Müdafiə Fonduna ödəmələr edir. İndi isə onu marşrut xəttindən çıxarırlar.

Özünün dediyinə görə, bir neçə il bundan əvvəl onu lisenziya almağa məcbur ediblər. Hazırda əlində rəsmi icazə olsa da, xəttə çıxa bilmir.


“Zaqatalanın icra başçısı yetimin, kasıbın marşrutuna göz dikib”

Mübariz Əhmədzadə – Zaqatala rayonu icra başçısı
Mübariz Əhmədzadə – Zaqatala rayonu icra başçısı

“3 övladım var. Mən xəcalətimdən evə gedə bilmirəm. Anam 25 ildir ikinci qrup əlildir. 7 ildir ki, bir söz-söhbət olmayıb. Hamı xətrimi çox istəyir. Bugünkü günü Zaqatala-Qax marşrutunda problem yaranıb.  Hansı ki deyirlər, Zaqatala İcra Hakimiyyətinin marşrutudur. Həmin Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə yetimin, kasıbın marşrutuna göz dikib. Hansı zəmanədə, hansı ölkədə yaşayırıq? Mən neynəyim? Özümü öldürüm? Hansı ölkəyə baş götürüm gedim?”


Cavab verirlər ki, bizə heç kim bata bilməz

Ceyhun deyir ki, iki dəfə prezident İlham Əliyevə, bir dəfə Mehriban Əliyevaya, bir dəfə Ziya Məmmədova teleqram vurub: “Cavab gəlir ki, baxılacaq. Bir qurum mənim işimlə maraqlanmır. Avtovağzalın müdürü Tofiq məllim deyir ki, mənim əlimdən heç nə gəlmir. Dəfələrlə bizim avtovağzaldan Şəki şəhərinin Regional Nəqliyyat Departamentinin müdirinə zəng ediblər ki, bu uşaqla yola gəlin, işləsin. Onlar isə cavab veriblər ki, bizə heç kim bata bilməz”.

Ceyhun Əliyevin sözlərinə görə, hamı ona “Sənin gücün çatmaz” – deyir. Çünkü onun arxasında Zaqatalanın icra başçısı durur.

Ceyhun Əliyev – sürücü
Ceyhun Əliyev – sürücü


“Ermənistan tərəfə keçəcəm”

“İki oğul böyüdürəm. İki ildən sonra əsgər gedəcək biri. Hansı ürəklə, hansı qüvvə ilə, hansı Azərbaycan eşqi ilə xidmət edəcək? And olsun Allaha ki, canımdan bezmişəm. Dispetçerimiz var. Ondan soruşuram ki, bu nədir? Cavab verir ki, polisə demişik. Onu da ona görə deyirlər ki, mənim prezidentə məktubum var. Həmin məktubdan qorxurlar. Bilirsiz neynəyəcəm? Ailəmi də, uşaqlarımı da götürüb gedəcəm Ağdama. Ordan da keçəcəm Ermənistan tərəfə. Orada yaşamağa. Mənim millətim yetim-yesirə kömək eləmir”.


“Sürücülər arasında problem olub”

Meydan TV məsələ ilə bağlı Mingəçevir şəhər Avtovağzalı ilə əlaqə saxlayıb.

Özünü avtovağzalın direktoru kimi təqdim edən şəxs bildirib ki, Ceyhun Əliyev Mingəçevir-Gəncə marşrutu üzrə işləyir və Zaqatala, Qax rayonlarına gedən avtobusların sürücüləri ilə problem yaşayıb: “Sürücüdülər də, vaxta görə aralarında mübahisə yaranıb. Ceyhun Əliyev yanıma gəldi, mən də Şəki şəhərinin Regional Nəqliyyat Departamentinin müdiri ilə danışdım, Ceyhuna əlavə 5 dəqiqə vaxt aldıq. Mən bilən problem həll olunub, çünki başqa söz-söhbət eşitməmişəm, bu problemlə təkrar yanıma gələn olmayıb”.

Ana səhifəXəbərlərŞikayəti eşidilməyən sürücü çarəni Ermənistana keçməkdə görür