Bu əşyalar Bərdə rayon sakini Elman Bağırovun ailəsinə aiddir. Bərdə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev yeni yaşayış binaları tikiləcək adı ilə ailəni evdən çıxarıb və baytarlıq idarəsinə köçürüb. Orda isə şərait heç də ürəkaçan deyil.
Məsələ ilə bağlı Bərdə rayonundan deputat seçilmiş Zahid Oruc ilə əlaqə saxladıq.
Deputat şikayətçi ilə də danışdı. Zahid Oruc rayonun təmsilçisi olaraq məsələnin bu qədər uzanmasından, ictimai diqqət çəkməsindən və medianın mövzusuna çevrilməsindən narahat və narazı olduğunu bildirdi.
Şikayətçi Elman Bağırov Prezident Aparatında qəbul olunub. Qəbulda onun şikayətinə baxılacağı və problemin həll olunacağı bildirilib. Mövzunu diqqətdə saxlayacağıq.