Shell Azərbaycandakı ”ofisini bağlayır”

Niderland-Britaniya neft-qaz nəhəngi “Royal Dutch Shell”in törəməsi olan “Shell Business Development Central Asia” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini açıqlayıb.

Source:

Niderland-Britaniya neft-qaz nəhəngi “Royal Dutch Shell”in törəməsi olan “Shell Business Development Central Asia” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini açıqlayıb.

Bu barədə Trend “Vergilər” qəzetinə istinadən məlumat verir.

“Shell”in Bakı nümayəndəliyindən Trend-ə bu məlumatı təsdiq ediblər.

Shell Azərbaycandakı İnam yatağında 5 faizlik paya sahib idi.

Fortune jurnalının son reytinqinə görə Shell dünyanın ən iri 500 şirkəti arasında üçüncü yeri tutur.

Hərçənd ki, neft qiymətlərinin düşməsindən sonra onun gəlirləri azalıb.

Ötən il şirkət neftin ucuzlaşmasının təsirini azaltmaq üçün qənaət tədbirlərini elan edib.

Ana səhifəXəbərlərShell Azərbaycandakı ”ofisini bağlayır”