Şeyxülislam Mübariz Qurbanlıdan bir sıra icmaların fəaliyyətinin dayandırılmasını istədi

““Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?!”

Source:


““Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?!”


Qafqaz Müsəlmanları İdarəsi

nin (QMİ) sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib. Şeyxülislam

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

nin qarşısında həmin icmaların fəaliyyətinin dayandırılması barədə məsələ qaldırıb.


APA

-nın məlumatına görə, bunu A. Paşazadə QMİ-də keçirilən tədbirdə bildirib və tədbirdə iştirak edən komitə sədri

Mübariz Qurbanlı

ya müraciət edib.

A. Paşazadə qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qanunsuz fəaliyyət göstərir, qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər: “Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq”.

Ana səhifəXəbərlərŞeyxülislam Mübariz Qurbanlıdan bir sıra icmaların fəaliyyətinin dayandırılmasını istədi