Seymur Həzinin yazılarına qadağa qoyulub

Təcridxana rəisi jurnalistin yazılarının təcridxanadan kənara çıxmasına icazə vermir

Source:


Təcridxana rəisi jurnalistin yazılarının təcridxanadan kənara çıxmasına icazə vermir

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi saxlanıldığı Şüvəlan təcridxanasından qəzetə yazı göndərə bilmir. O, rəisin göstərişi ilə təcridxana əməkdaşlarının yazılarını qəzetə göndərməsinə maneə olduqlarını deyir. Bu barədə Müsavat partiyasının üzvü Nigar Yaqublu Facebook hesabında məlumat yayıb. O, 24 mayda jurnalistlə telefon vasitəsilə danışdığını və onun köşə yazılarına təcridxana rəisinin qadağa qoyduğunu çatdırıb.

“Azərbaycan saatı” televiziya proqramının redaktoru, aparıcısı Seymur Həzi avqustun 29-da tutulub. Jurnalist Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərSeymur Həzinin yazılarına qadağa qoyulub