”Siyasi məhbus siyasi proseslərin tamaşaçıları arasından olan qurbanlar deyil, proseslərin iştirakçıları arasından hakimiyyətin məqsədli şəkildə hədəfə aldığı şəxslərdir”
Məhbus jurnalist Seymur Həzi bu həftə gündəmin əsas mövzusu olan siyasu məhbus barədə fikirlərini vəkili Şəhla Hümbətova barədə Meydan TV-yə göndərib.
Bu barədə Şəhla Hümbətova Meydan TV-yə deyib.
Seymur Həzi bildirib ki, ölkədə qarışıq siyasi vəziyyətin olması belə bir rəy formalaşdırmamalıdır ki, hökumətin ədalətsiz mühakiməyə məruz qoyduğu hər kəs siyasi məhbusdur. Bu mənada qeyri-legitim hakimiyyətin həbs və mühakimə etdiyi hər kəsi siyasi məhbus saymaq olar. Çünki bu həbslər də siyasi yetərsizliyin-natamamlığın nəticəsidir.
Seymur Həzinin fikrincə, siyasi məhbus siyasi və əqidə fərqi motivi ilə, ayrıseçkiliyə (hakim siyasi güvvə ilə münasibətdə) məruz qalaraq saxlanılan şəxslərdir: “Siyasi məhbus siyasi proseslərin tamaşaçıları arasından olan qurbanlar deyil, proseslərin iştirakçıları arasından hakimiyyətin məqsədli şəkildə hədəfə aldığı şəxslərdir. Əlbəttə, bütün məhbuslar onların haqqı olan azadlığa sahib olmalıdırlar. Fəqət tələblər də dəqiq və ünvanlı olmalıdır. Bu məsələyə dəqiq və həssas yanaşma olmalıdır: “Siyasi məhbus məsələsində “kamillik” ölşüsü say deyil, inandırıcılıq meyyarı əsasında olmalıdır. Fikir ayrılıqlarına gəlincə, düşünürəm ki, müzakirələr əsas hədəfi unutdurmamalıdır. Vahid siyahı məsələsi həyati məsələ kimi qoyulursa, deməli kimsə cəmiyyəti “birləşmək danışıqları” masasında parçalamaq istəyir. Bunun kimin işinə yaradığını isə təcrübəli dostlara deməyə ehtiyac yoxdur”.
Seymur Həzi 2014-ci ilin avqustun 29-da saxlanılıb, xüliqanlıqda ittiham olunub. O, ittihamın siyasi sifariş olduğunu deyir. Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin fəaliyyəti ilə bağlı olmadığını bildirilər.
Jurnalist 5 il azadlıqdan məhrum olunub.
Seymur Həzi “Azadlıq” qəzeti və Türkiyədən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin üzvüdür.
Beynəlxalq Amnistiya Təşkilatı jurnalisti vicdan məhbusu elan edib.