Seymur Həzidən qan analizi götürülüb (yenilənib)

Seymur Həzi: Hakimiyyət səhhətimin pisləşməsində maraqlıdır

Source:
Seymur Həzi foto Meydan TV
Seymur Həzi foto Meydan TV


***


18.25. Jurnalistin həyat yoldaşı Nigar Həzi bildirib ki, Seymur Həziylə telefon əlaqəsi saxlayıb: “Bu gün Mərkəzi Müalicə Müəssisəsindən nümayəndə gəlib, ondan qan analizi və ürək kordioqraması götürüblər”.


***


Seymur Həzi: Hakimiyyət səhhətimin pisləşməsində maraqlıdır

Noyabrın 18-də vəkil Şəhla Hümbətova 17 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Seymur Həziylə görüşüb. Məlumatı məhbusun həyat yoldaşı Nigar Həzi “Facebook”da yazıb.

“Görüş zamanı bəlli olub ki, son iki həftədə Seymuru müayinə üçün heç bir addım atılmayıb, nəinki ondan qan örnəyi götürülüb. Ədliyyə Nazirliyinin bu barədə açıqlaması isə tamamilə yalandır”,-deyə Nigar Həzi yazıb.

O, Seymur Həzinin səhhətində problemlərin qaldığını qeyd edib.

N.Həzi müəssisədə qan örnəyi götürmək üçün heç bir texniki avadanlığın olmadığını və qurumun məhbuslar arasında ayrı-seçkiliyə yol verdiyini bildirib: “Artıq həftə yekunlaşır, Seymurun dediyinə görə onun səhhəti üçün heç bir addım atmayan Ədliyyə Nazirliyinin biganəliyi hakimiyyətin jurnalistin səhhətinin pisləşməsində maraqlı olduğunun göstəricisidir”.

2015-ci ilin yanvarın 29-də Abşeron rayon Məhkəməsinin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib

Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəmişdi.

Seymur Həzi 2014-cü ilin avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi ittihamın siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin fəaliyyəti ilə bağlı olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzeti və Türkiyədən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı, AXCP-nin üzvüdür.

Ana səhifəXəbərlərSeymur Həzidən qan analizi götürülüb (yenilənib)