Yanvarın 29-da Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist Seymur Həzi haqqında 5 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Seymur Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə 6 ay azadlıqdan məhrum edilib.
Seymur Həzi avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Avqustun 30-da Abşeron Rayon Məhkəməsi Seymur Həzi barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Bir gün sonra Seymur Həzi Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanasına köçürülüb.