Səudiyyəli jurnalistin öldürülməsində İran ABŞ-ı günahlandırıb

Türkiyə kəşfiyyatı ABŞ-a topladığı bütün sübut və dəlilləri təqdim edib

Source:
Camal Qaşıqçı
Camal Qaşıqçı


Türkiyə kəşfiyyatı ABŞ-a topladığı bütün sübut və dəlilləri təqdim edib

İran prezidenti Həsən Ruhani səudiyyəli jurnalis Camal Qaşıqçının öldürülməsində ABŞ-ı günahlandırıb.

Rusiyanın “Tass” agentliyinin məlumatına görə, H.Ruhani deyib ki, bu hadisə Birləşmir Ştatların dəstəyi olmadan, baş verə

bilməzdi.

“Düşünmürəm ki, ABŞ-ın dəstəyi olmadan kimsə belə bir cinayətin törədilməsinə cəsarət edərdi”, “Tass”-ın məlumatına görə, İran prezidentinin rəsmi saytında deyilir.

İran prezidenti Türkiyəni qərəzsiz və dəqiq istintaq aparmağa çağırıb.

“Son onilliklərdə analoqu olmayan cinayətin üstünün açılması və dünya ictimaiyyətinə məlumat verilməsi üçün Türkiyə hökumətindən istintaqı davam etdirməyi xahiş edirik”.

Türkiyənin “Akşam” qəzetinin məlumatına görə isə, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin əməkdaşları Ankarada bu cinayətin araşdırılması ilə bağlı səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelə cinayətlə bağlı əldə etdikləri bütün sübut və dəlilləri, o cümlədən video və audio yazıları təqdim ediblər.

ABŞ sakini olan Camal Qaşıqçı oktyarbın 2-də Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin nişanlısı konsulluğun qarşısında onu beş saat gözləsə də, jurnalist ordan

çıxmayıb.

Dünya mətbuatında çıxan məlumatlara görə, jurnalistə iynə vurulub, yatızdırıldıqdan sonra, Səudiyyə Ərəbistanından gələn xüsusi adamlar tərəfindən

doğranılıb.

Ana səhifəXəbərlərSəudiyyəli jurnalistin öldürülməsində İran ABŞ-ı günahlandırıb