Səudiyyəli jurnalistin yoxa çıxması dünyada neft qiymətlərinə təsir göstərib

ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginlik neft qiymətlərini artırır

Source:


ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginlik neft qiymətlərini artırır

Neft qiymətləri oktyabrın 15-də, səudiyyəli jurnalistin yoxa çıxması ilə bağlı yaranmış geosiyasi gərginliyə görə “möhkəmlənib”.

Bu barədə “Reuters” agentliyi

yazıb.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısıdır.

Brent markasından olan neftin proqnoz qiyməti 33 sent artaraq bir barrel üçün 80. 76 dollar olub.

ABŞ neftinin qiyməti 27 sent artaraq bir barrel üçün 71. 61 dollara çatıb.

Ötən həftə hər iki markadan olan neftin qiymətləri dörd faiz azalmışdı.

Təhlilçilər bildirirlər ki, neftin qiymətinin möhləmlənməsinə səbəb dünyanın ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanı ilə ən böyük istehlakçı ABŞ arasında jurnalist Camal Xaşoginin yoxa çıxması ilə əlaqədar yaranmış gərginlikdir.

ABŞ sakini olan Camal Xaşogi oktyarbın 2-də Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Jurnalistin nişanlısı konsulluğun qarşısında onu beş saat gözləsə də, jurnalist ordan çıxmayıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalistin konsulluqda öldürülməsi isbat olunarsa, Səudiyyə “ciddi şəkildə cəzalandırılacaq”.

Səudiyyə Ərəbistanı oktyabrın 14-də buna cavab olaraq bəyan edib ki, bu məsələdə üzərinə qoyulacaq hər hansı sanksiyalara cavab verəcək.

“Reuters” bunu da qeyd edib ki, Trampın oktyabrın 15-də verdiyi bəyanat neft bazarındakı gərginliyi bir qədər azaldıb. ABŞ prezidenti “Twitter”-də yazıb ki, Camal Xaşogini “nəzarətsiz qatillər” də öldürə bilərdilər.

Ana səhifəXəbərlərSəudiyyəli jurnalistin yoxa çıxması dünyada neft qiymətlərinə təsir göstərib