Səudiyyədə qadın hüquqlarının müdafiəçiləri məhkəmə qarşısına çıxarılacaq

Qanunun sosial qaydaların mülayimləşdirilməsi və iqtisadiyyatın inkişafı üçün ləğv edildiyi söylənir.

Source: google.az

Xarici mediaya məlumat ötürməkdə günahlandırılan hüquq müdafiəçilərini 5 ilədək həbs gözləyir

Səudiyyədə qadın hüquqları müdafiəçiləri martin 27-də yenidən məhkəmə qarşısına çıxacaqlar, – “Reuters” xəbər verir.

Onlar xarici jurnalistlərə xəbər ötürməkdə təqsirli bilinirlər.

Hadisədən xəbərdar insanlar deyir ki, bir neçə qadın haqlarının müdafiəçısı bu haqda məlumatların akkreditə olunmuş xarici jurnalistlərlə, diplomatlarla və insan haqları qrupları ilə paylaşılmasında günahlandırılır.

10 aydır ki, həbsdə olan qadınların çərşənbə günü Riyadda cəza məhkəməsi qarşısına çıxması gözlənilir. Qadınlar bir-birindən ayrı mühakimə olunacaqlar. İttiham edilən qadınlar hüquq müdafiəçisi Loujain al-Hathloul, universitet professor Hatoon al-Fassi və bloger Eman al-Nafjan məhkəmə zamanı krallığın kiber cinayət qanununa aid ittihamlara cavab verməli olacaqlar. Fəallar bu ittihamla ən azı 5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Qərb ölkələri, o cümlədən 28 Avropa İttifaqı ölkəsi, Kanada, Avstraliya Riyadı aktivistləri azad etməyə çağırıb. Britaniya Xarici işlər katibi Ceremi Hant (Jeremy Hunt) və Amerika Birləşmiş Ştatları Dövlət Katibi Mayk Pompeyo (Mike Pompeo) Riyada səyahətləri zamanı fəalların azad edilməsi məsələsini qaldırıblar. Birləşmiş Ştatların 9 senatoru keçən həftə Kral Salmana məktub yazaraq aktivistlərin azad edilməsini tələb ediblər.

“The Associated Press” bildirir ki, nəzarətə alınan fəal Loujain al-Hathloulun qardaşı Walid al-Hathloul fəalların mühakimə edildiyi maddəni sual edərək deyib ki, Səudiyyə səlahiyyətliləri müntəzəm olaraq Qərb mediasına müsahibələr verərkən Qərb jurnalistləriylə danışmaq niyə cinayət olur.

Fəallar keçən ilin iyun ayında krallığın qadınlara avtomobil istifadəsini qadağan edən qanunun ləğvindən sonra saxlanılıblar. Qanunun sosial qaydaların mülayimləşdirilməsi və iqtisadiyyatın inkişafı üçün ləğv edildiyi söylənir.

Ana səhifəDünyaSəudiyyədə qadın hüquqlarının müdafiəçiləri məhkəmə qarşısına çıxarılacaq