“Sərhədsiz Reportyorlar” Seymur Həzinin həbsini pislədi

Təşkilat məhkəmə qərarlarını “absurd” və “faciəvi” adlandırır

Source:


Təşkilat məhkəmə qərarlarını  “absurd” və “faciəvi” adlandırır

“Sərhədsiz Reportyorlar” Beynəlxalq Mətbuatı Müdafiə Təşkilatı “Azadlıq” qəzetinin icmalçısı Seymur Həzi barəsində 29 yanvar tarixli hökmü və araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbs müddətinin uzadılmasını kəskin şəkildə pisləyib.

Bu məhkəmə qərarları SR-in bəyanatında “absurd” və “faciəvi” adlandırılır.

Həzi avqustun 29-da naməlum şəxsin ona hücum etməsindən sonra həbs olunub. Jurnalist əlindəki su şüşəsi ilə özünü müdafiə etmək məcburiyyətində qalıb. Lakin Həzi həbs olunub və xuliqanlıqda ittiham edilib.

İttihamların absurd olmasına və dəlil olmamasına baxmayaraq, məhkəmə Həzini 5 il, ona hücum edən şəxsi isə cəmi 9 ay müddətinə azadlıqdan məhrum edib.

“Məşhur jurnalist hakimiyyətin ötən ilin yayında başlamış Azərbaycanda söz azadlığını və tənqidi səsləri boğmaq üzrə misli görünməmiş kampaniyasının növbəti qurbanı oldu”, deyə bəyanatda qeyd edilir.

Ana səhifəXəbərlər“Sərhədsiz Reportyorlar” Seymur Həzinin həbsini pislədi