Sərhədsiz Reportyorlar: Olland Əliyevdən jurnalistlərin azad olunmasını tələb etməlidir

“Biz Fransua Ollandı Fransa nümayəndə heyətinin oyunların açılış mərasimində iştirakı üçün həbs edilmiş jurnalistlərin azad edilməsini şərt qoşmağa çağırırıq”

Source:


“Biz Fransua Ollandı Fransa nümayəndə heyətinin oyunların açılış mərasimində iştirakı üçün həbs edilmiş jurnalistlərin azad edilməsini şərt qoşmağa çağırırıq”

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Fransanı Bakıda Avropa Oyunlarının açılışında iştirakını Azərbaycanda bütün həbs edilmiş jurnalistlərin azad edilməsi ilə əlaqələndirməyə çağırır.

Təşkilatın bəyanatında deyilir ki, aprelin 25-də prezident Fransua Olland İlham Əliyevlə görüş üçün Bakıya səfər edəcək.

“Sərhədsiz reportyorlar” onu həbs edilmiş jurnalistlərin azad edilməsini və hökumət tənqidçilərinin təqibinə son qoyulmasını tələb etmək üçün bu imkandan istifadə etməyə çağırıb. “KİV-də plüralizm ləğv edildikdən sonra Azərbaycan hakimiyyəti sistemli şəkildə azsaylı tənqid mənbələrini də boğur”, deyə SR-in proqramlar direktoru Lyusi Morillon bildirib.

“Avropa Oyunları ərəfəsində qitənin liderləri söz azadlığının misli görünməmiş dərəcədə pozulmasını pisləməlidirlər. Biz Fransua Ollandı Fransa nümayəndə heyətinin oyunların açılış mərasimində iştirakı üçün həbs edilmiş jurnalistlərin azad edilməsini şərt qoşmağa çağırırıq”, deyə bəyanatda bildirilir.

İki jurnalist dekabrda azad edilib, amma 8 digər jurnalist və dörd onlayn-fəal əvvəlki kimi saxta ittihamlarla həbsdədir, onlar arasında məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılova da var.

Ümumilikdə, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. O cümlədən, hüquq müdfiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev ötən həftə 6,5 və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda sonuncu müstəqil KİV-lər hakimiyyət tərəfindən müxtəlif formalı təzyiqlər nəticəsində bir-birinin ardınca fəaliyyətini dayandırır. Onlar arasında “Azadlıq” radiosunun yerli bürosu, “Zerkalo” qəzeti, habelə bir sıra digər KİV və məbuat azadlığı sahəsində fəaliyyət göstərən QHT-lər var. Xüsusən, gündəlik “Azadlıq” müxalifət qəzeti böyük maliyyə təzyiqi altındadır, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə uzun aylardır İsveçrənin Bakıdakı səfirliyində gizlənmək məcburiyyətindədir.

“Qorxutma mühiti fiziki hücumlarla möhkəmləndirilir, “satqın” və ya “xarici casus” kimi böhtanlara məruz qalan hökumət tənqidçilərinin ünvanına şantaj və ittihamlar fonunda bu hücumlar cəzasız olaraq qalır”, deyə bəyanatda bildirilir (Turan İA).

Ana səhifəXəbərlərSərhədsiz Reportyorlar: Olland Əliyevdən jurnalistlərin azad olunmasını tələb etməlidir