”Sərhədsiz Reportyorlar” jurnalistlə bağlı Ukrayna hökumətinə çağırış etdi

“İnterpolda təcili islahatlar aparılmalıdır”

Source:
Fikrət Hüseynli
Fikrət Hüseynli


“İnterpolda təcili islahatlar aparılmalıdır”

“Sərhədsiz Reportyorlar” Təşkilatı Ukrayna hakimiyyətini jurnalist Fikrət Hüseynlini dərhal azad etməyə çağırır.

Qurumun yaydığı bəyanatda həmçinin İnterpol repressiv hökumətlərin xaricə qaçan dissidentlərin təqibi üçün çox vaxt “qırmızı xəttindən” sui-istifadə etdiyi qınanılır, təşkilat təcili islahatlara çağırılır.

Bəyanatda qeyd olunur ki, Niderlandda mühacirətdə yaşayan Azərbaycan əsilli jurnalist Fikrət Hüseynli bu ay İnterpolun sorğusu əsasında Kiyev aeroportunda həbs edilən ikinci xarici jurnalistdir:

“Ukrayna Azərbaycanın fərqli düşünənlərin təqibini öz sərhədlərindən kənara yaymaq cəhdlərini dəstəkləməməlidir. Biz siyasi motivli ittihamlar irəli sürülən Fikrət Hüseynlini dərhal azad etməyə çağırırıq. Bu hadisə mühacirətdəki dissidentlərin təqibinə son qoymaq üçün İnterpol-un “qırmzı bildirişlər” sistemində islahatlar aparılması zərurətini göstərir”. (“Turan”İA)

Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan mühacirət edib. Hollandiyada siyasi sığınacaq alan Hüseynli sonradan bu ölkənin vətəndaşı olub.

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanılıb. O, bir neçə gün Ukraynanın paytaxtında qaldıqdan sonra oktyabrın 17-də Borispol Şəhər Məhkəməsi jurnalist barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib.

Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlanıldığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Ana səhifəXəbərlər”Sərhədsiz Reportyorlar” jurnalistlə bağlı Ukrayna hökumətinə çağırış etdi